İsmayıl Manafov: Ələtdə yük hava limanının inşası 2027 ci ilin I rübündə başa çatacaq
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
"Ələt" Azad İqtisadi Zonasında multimodal yük hava limanının inşası üzrə işlər 2027-ci ilin I rübündə başa çatacaq".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu "Ələt" Azad İqtisadi Zonasının İdarə Heyətinin sədr müavini İsmayıl Manafov Şuşa şəhərində keçirilən 6-cı İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) biznes forumu çərçivəsində bildirib.
O qeyd edib ki, investorlarla multimodal yük hava limanının yaradılması barədə razılıq əldə olunub:
"Bu layihənin həyata keçirilməsinə artıq başlanılıb və işin 2027-ci ilin birinci rübündə başa çatacağı gözlənilir. Hava limanının ötürücülük qabiliyyəti ildə 500 min ton yük təşkil edəcək və daha sonra ildə 2 milyon tona qədər artırılacaq. Əsas məqsəd isə investorların cəlb edilməsi və ixracın inkişafıdır".
İ.Manafov əlavə edib ki, "Ələt" Azad İqtisadi Zonasında artıq 10 şirkət qeydiyyatdan keçib.
O, həmçinin əlavə edib ki, 2025-ci ildə iqtisadi zonada iki zavod açılacaq.
Xatırladaq ki, yük hava limanının ərazisi 750 hektardan çox olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 02 İyul 2025 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















