Icma.az
close
up
RU
İsmayil Zülfüqarlı: “Premyer Liqadan fərqli olaraq, I Liqada asan oyunlar yoxdur” MÜSAHİBƏ

İsmayil Zülfüqarlı: “Premyer Liqadan fərqli olaraq, I Liqada asan oyunlar yoxdur” MÜSAHİBƏ

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

“Premyer Liqanın səviyyəsi daha üstündür. Yüksək liqaya bu mövsüm çıxmış “İmişli”, “Qəbələ” və “Karvan-Yevlax”ı görürsüz, necə mübarizə aparırlar”.

Bu sözləri “Şəfa”nın futbolçusu İsmayil Zülfüqarlı sportal.az-a müsahibəsi zamanı deyib.

- “Şəfa” 4 turdan sonra maksimum xal toplayaraq, vahid liderdir. Yəqin ki, mövsümün öncəsində məhz bu cür başlanğıcı özünüz də ehtimal edirdiz?

- Məşqçilər korpusu bizim üçün yaxşı planlar qurdu. Mövsümə çox yaxşı hazırlaşmışdıq. Bunun da nəticəsində qalibiyyət əldə edirik. Təbii ki, indiki nəticələr bizi sevindirir. Yolumuza və işimizə davam edirik.

- Geridə qalan 4 oyundan hansı daha çətin alındığını deyə bilərənsən?

- Sözün düzü, bunu 2-ci dəfədir deyirəm, Premyer Liqadan fərqli olaraq, I Liqada asan oyunlar yoxdur. Bütün komandalar əzmkardır, yaxşıdır. Hesabların böyük olmağına baxmayaraq, belədir.

- Əsas rəqibiniz “Səbail” son turda xal itirdi. Yəqin ki, bu sizin üçün göydəndüşmə oldu?

- Təbii ki, rəqiblərimizdən biri də “Səbail”dir. Yaxşı kollektivə malikdirlər. İndiki anda bu xal itkisi bizə üstünlük vermir. Çünki hələ mövsümün əvvəlindəyik. Mövsüm uzundur və oyunlar çoxdur.

- 6-cı turda “Şəfa” - “Səbail” görüşü olacaq. Demək olar ki, çempionluq mübarizəsi elə bu iki komanda arasında gedəcək və həlledici məqam onlarla görüşlərdən sonra bəlli olacaq?

- Hər iki komanda yaxşı və inamlı komandadır. Ancaq çempionatda yaxşı komandalar çoxdur. O oyunlar da həlledici olacaq. Bizim üçün hər bir matç vacibdir.

- Premyer Liqa, yoxsa I Liqa? Hansı daha çətin və ağır liqadır?

- Premyer Liqanın səviyyəsi daha üstündür. Ancaq I Liqanın səviyyəsi də son illərdə çox artıb. Buna I Liqadan Premyer Liqaya gələn komandaların timsalında da demək olar. Yüksək liqaya bu mövsüm çıxmış “İmişli”, “Qəbələ” və “Karvan-Yevlax”ı görürsüz, necə mübarizə aparırlar.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:52
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 06 Oktyabr 2025 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see201

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see144

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri