İsmayıllı RİH in hesabat yığıncağı keçirildi (FOTO)
Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.
"Basqal Resort SPA"da İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun 2025-ci ilin yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı təşkil olunub.
Qaynarinfo xəbər verir ki, yığıncaqda Milli Məclisin deputatı Novruzəli Aslanov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Bakıdan dəvət olunmuş qonaqlar, ziyalılar, idarə və müəssisə rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Hesabat yığıncağı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Ardınca Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad edilib.
Daha sonra İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov 2025-ci ildə rayonda görülmüş işlər, icra edilmiş sosial-iqtisadi layihələr və 2026-cı il üçün qarşıda duran əsas vəzifələr barədə hesabat məruzəsi ilə çıxış edib.
Çıxışdan sonra 2020–2025-ci illər ərzində İsmayıllı rayonunda həyata keçirilmiş layihələri və görülmüş işləri əks etdirən geniş videoçarx nümayiş olunub.
Hesabat yığıncağında çıxış edən Milli Məclisin deputatı Novruzəli Aslanov rayonda aparılan abadlıq-quruculuq işlərini və icra olunan sosial layihələri yüksək qiymətləndirib.
Şəhid anası Cəmilə xanım çıxış edərək rayon rəhbərliyinin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya, eyni zamanda həyata keçirilən layihələrə görə minnətdarlığını bildirib.
Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxs təltif olunub. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə "Tərəqqi” medalı və "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilən şəxslərə mükafatlar təqdim edilib.
Hesabat yığıncağında, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 25 Dekabr 2025 12:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















