Icma.az
close
up
RU
İsmayıllıdakı “Basqal” və “Lahıc” qoruqlarına meditur təşkil edilib

İsmayıllıdakı “Basqal” və “Lahıc” qoruqlarına meditur təşkil edilib

Icma.az bildirir, Azpost portalına istinadən.

Oktyabrın 7-8-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Qobustan ərazisindəki “Diri Baba” türbəsinə, İsmayıllı rayonundakı “Basqal” Dövlət Tarix-Mədəniyyət və “Lahıc” Dövlət Tarix-Mədəniyyət qoruqlarına media nümayəndələrinin səfəri təşkil edilib.

Səfərin məqsədi daxili turizm imkanlarını daha geniş nümayiş etdirmək, eyni zamanda qoruqlarda turistlər üçün yaradılan şəraiti, həyata keçirilən layihələri ictimaiyyətə təqdim etmək olub.

Mediatur zamanı ölkə əhəmiyyətli memarlıq abidəsi sayılan və dövlət mühafizəsinə götürülən “Diri Baba” türbəsi ziyarət olunub. Məlumat verilib ki, Dövlət Turizm Agentliyi tərəfindən burada bir sıra infrastruktur və bərpa işləri aparılıb. Bu ərazidə turizm imkanlarının yaradılması yerli kiçik sahibkarlığın və icma əsaslı turizm dəyər zəncirinin formalaşmasına, bölgənin digər turizm əhəmiyyətli abidələrinin turizm potensialından istifadəyə və regional turizm klastrının yaranmasına töhfə verir.

Hazırda türbə ətrafında abadlıq işləri, qədim qəbiristanlıqda arxeoloji qazıntılar, “Diri Baba” türbəsində isə bərpa işləri həyata keçirilir. Bu türbə il ərzində xeyli sayda xarici və yerli turist qəbul edir. 2026-cı ilin yanvar-sentyabr aylarında “Diri Baba” türbəsini 12 175 xarici turist bilet alaraq ziyarət edib. Həmin müddətdə ödənişsiz qaydada memarlıq abidəsini 16 040 nəfər ziyarət edib.

“Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunda media mənsublarına bildirilib ki, Dövlət Turizm Agentliyi “Basqal” Qoruğu ərazisində mövcud olan tarix və mədəniyyət abidələri üzərində bərpa və konservasiya, abadlaşdırma işlərinin aparılmasına, ənənəvi xalq sənətkarlığı növlərinin dirçəldilməsinə, istirahət-turizm infrastrukturu obyektlərinin və xidmət sahələrinin yaradılması işinə xüsusi diqqət yetirir. Həyata keçirilən işlər nəticəsində Basqalda küçələr tarixi-memarlıq üslubu qorunmaqla bərpa edilib, mərasim evi yaradılıb.

Qəsəbədə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması, Basqalın turizm məkanı kimi inkişaf etdirilməsi, yeni iş imkanlarının yaradılması yaşayış məntəqəsini vaxtilə tərk etmiş sakinlərin geri qayıtması ilə də nəticələnib. İndiyə qədər 20-yə yaxın ailə Basqala qayıdıb. Həyata keçirilən tədbirlərin davamı olaraq, Qoruğun ərazisində XIX əsrin ortalarında inşa edilmiş Hacı Bədəl məscidində, İkinci Dünya müharibəsi dövründə İtaliyada partizan kimi döyüşlərdə iştirak etmiş Məmməd Bağırova aid tarixi evdə, Şeyx Məhəmməd məscidi ərazisində bərpa və konservasiya işləri yekunlaşmaq üzrədir.

Qoruqla tanışlıq çərçivəsində Dövlət Turizm Agentliyinin Mədəni irsin idarə olunması sektorunun müdiri Rüstəm Mehtizadə Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda yer alan dayanıqlı turizm və “Turizm kəndi” konsepsiyasının əhəmiyyəti, bu çərçivədə görüləcək işlər barədə məlumat verib.

Mediaturda iştirak edən jurnalistlər Basqala özəl turizm məhsulları ilə də tanış olublar. Halvaçı Cahid Əliyev Basqal mətbəxinin incisi sayılan Basqal halvasının, Məlahət Talıbova isə Basqalın məşhur pip dolması nın hazırlanması qaydasını jurnalistlərə nümayiş etdirib. Media mənsubları basqallı Tanrıverdi Talıbovun qoruq ərazisində özünə məxsus evdə yaratdığı sahibkarlıq obyekti ilə də tanış olublar.

Daha sonra jurnalistlər kəlağayı ustası Ələsgər Xəlilovun emalatxanasına baş çəkiblər. Burada onlara ipəyin boyanması, kəlağayının qəliblənməsi prosesləri əyani nümayiş etdirilib. Bildirilib ki, 2014-cü ildə “Qadın baş örtüyü Kəlağayının hazırlanması və simvolikası” UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.

“Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunda mediatur iştirakçılarına Qoruq ərazisində həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumat verilib. Jurnalistlər Lahıcın qədim daş küçələrini, Bədöyün məscidini, Hacı Gəray bulağını, “Lahıc” Tarix-Diyarşünaslıq Muzeyini ziyarət ediblər. Qoruqla tanışlıq zamanı media mənsubları misgər Kəbləmi Əliyevin emalatxanasında olublar.

Burada onlar sənətkarın hazırladığı məhsullara baxış keçirib, həmçinin misgərlik məmulatlarının hazırlanma qaydası və sair barədə məlumatlar əldə ediblər. Vurğulanıb ki, 2015-ci ildə “Lahıc misgərlik sənəti” UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.

Mediatur zamanı jurnalistlər Lahıc sakini Ağadadaş Abbasovun arıçılıq təsərrüfatında da olublar. O, balın ərsəyə gəlməsi, hazır məhsulun çeşidləri, keyfiyyəti və satış qiyməti barədə məlumatları diqqətə çatdırıb.

Səfər müddətində media nümayəndələrinin maraq doğuran sualları cavablandırılıb.

AzPost.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://azpost.info
archiveBu xəbər 09 Oktyabr 2026 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see604

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see426

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see307

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see294

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see277

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see267

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see264

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see241

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see221

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see212

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see210

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see202

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see193

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see192

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see191

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see189

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see182

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see177

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see175

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri