Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

14 milyon tona yaxın yük daşınıb

Putin Azərbaycandan keçəcək “Şimal Cənub” dəhlizi boyu hansı torpaqların pulla alınmasından danışdı?.. ARAŞDIRMA

Lahıc: muzeyqəsəbə

Lahıc: muzeyqəsəbə

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Hər dəfə Lahıca gedəndə bu ecaskar yurdun gözəl mənzərələrini gəzib-görməzdən əvvəl, tanıdığım və hörmət bəslədiyim insanlara baş çəkir, onlarla dərdi-dil eləyirəm. İlk görüşlərim baş küçədəki ustalarla olur.

Əvvəlcə, misgər Kəbləminin emalatxana-dükanına girib lahıc dilində soruşuram:"bror, çi psoxdan (qardaş, keyfin necədi?) O da gülümsəyib deyir ki, üzünü görək, xoş gəlmisən, haçandı buralara ayaq basmırsan? Sonra oturub gün-güzərandan danışır, ötən illəri də yada salırıq.

O, mehriban insandı, qısaca desək, adam kimi adamdı.

Arada ustanın əl işlərinə baxıram. Onun düzəltdiyi samovarlara, çıraqlara, kuzələrə, camlara, qazanlara, məcməyilərə, sərpuşlara, gülabdanlara və müxtəlif bəzək əşyalarına baxmaqla doymaq olmur. Ürəyin, alovun, çəkicin və yorulmaq bilməyən əllərin misi döyə-döyə gözəlliyə çevirdiyi bu əşyalar adamın gözünü-könlünü sevindirir...

Gəlin, sizi usta Kəbləmi ilə yaxından tanış edim.

Kəbləmi Əliyev Lahıcın məşhur ustası, belə demək olarsa, misgərlik sənətinin korifeyi sayılan usta Nağının oğludur. Bir vaxtlar yerli və xarici qəzet-jurnallarda onun əl işlərinın foto-şəkilləri çox çap olunub və hazırladığı milli qablar, suvenirlər neçə-neçə sərginin bəzəyi olub. Onu da deyim ki, rəhmətlik usta Nağı, həm də söz-sənət sərrafı və hörmətli el ağsaqqalı idi. Onun böyük külfəti olub – 6 oğul, 4 qız. Nağı usta uşağlarının hamısını, belə demək olarsa, körüyün doğurduğu qığılcım və çəkic səsi altında böyüdüb. Buna görə də öğlanlarının hər biri çəkic vurub, zəhmətdə, alın tərində bişib. Deyilənə görə, böyük oğlu, rəhmətlik Novruz da gənc yaşından əsl sənətkar kimi tanınıb. Bəziləri misgərliyin bir qolu sayılan qalayçılıq da edib, dəmirçilik də. Yaxşı deyiblər, sənətin yox, sənəkarın pisi-yaxşısı olur. Bu gün də 2 qardaş Lahıcda, 3 qardaş isə Şamaxıda misgərliklə məşğuldur. Kəbləminin oğlu Ağakişi də yaxşı misgər kimi tanınır.

Kəbləmi deyir ki, dədə-babalarımış bizə həm şərəfli ad, həm də gözəl sənət qoyub gediblər. Bizim borcumuz da bu əmanətlərə sahib çıxmaq və qoruyub yeni nəsilə çatdırmaqdır.

Bir qabı işləyəndə gərək sən onu imkanlı və ya imkansız adam üçün düzəltdiyini fikirləşməyəsən. Elə işləyib ortaya qoyasan ki, ona tamaşa edən, istifadə edən “əhsən!”– desin.

Mən, qıtlıq illərində 5 il Şamaxı bazarında işlədim. Çox diqqət çəkən yer deyildi, amma o şəhərdə o qədər müştəri toplamışdım ki, yalan olmasın, gecə-gündüz işləyirdim. Təmir etdiyim hər bir əşyanın da mükəmməl olmasına çalışırdım. Atam bizi belə usta olmağı tərbiyə edib... Sənət gözəldir, gərək vicdan daim keşikçin olsun, tamah səni aldatmasın. Söhbət bu yerə gələndə usta Kəbləmi çox sevdiyi bu şeiri söyləməyi unutmur:

Pis olub getsə də dövlətin zayə,
Yenə sənətdir əldə sərmayə.
Varmı sənətkardan daha bəxtiyar,
Əlin zəhmətindən ləzzətli nə var?

Əsl usta, sənətkar odur ki, aldığı sifarişə öz düşüncələri, ideyaları ilə yanaşsın və işləyib hazırladığı əl işinə baxanlar onu görəndə yaxşı mənada heyrətlənsinlər. Məlumat üçün deyim ki, neçə il əvvəl mən 2 metrdən də xeyli hündür bir samovar sifarişı almışdım. Sifarişçilər öz baxışlarına görə necə bir samovar istədiklərini söylədilər və getdilər. Hiss eldim ki, sifarişçi sənəti bilən və qiymət verən adamdı. O samovara 200 kilodan çox mis işlətdim və 5 ay zəhmət çəkdim. Öz düşüncəmə görə milli naxışlardan da istifadə edərək samovarı bəzədim. Bir dəm çayniki də düzəltdim. Sifarişçi aparmağa gələndə xeyli baxdı və sonra təşəkkür elədi. O da razı qaldı, məni də razı saldı.

Kəbləmi yaxşı misgərdir. Amma sənət dostları deyir ki, onun kimi qalayçı bəlkə də, heç respublikamızdur yoxdur. O, işləyəndə əllərini elə sürətlə hərəkət etdirir ki, heyrətlənirsən. Bir əli ilə odun üstündən götürülmüş qazanı çəkiclə tutur, digər əli ilə qalayı pambıqla qaba elə sürətlə çəkir ki, sanki güzgü yaranır. Bu cür işləmək işin keyfiyyətinə yaxşı təsir göstərir.

Sözarası soruşdum ki, usta, dolanışıq necədi, yəqin ki, çətinliklər, müəyyən problemləriniz var?

Həmsöhbətim bildirdi ki, şükür, dolanırıq. Çörəyi verən Allahdır. Ancaq çətinliyimiz də var. Çünki bir dağ kəndində düzəltdiklərinə alıcı tapmaq çətindir. Çünki indi pandemiyadan əvvələ baxanda turist sayı azalıb. Gələn turist xırda qab, suvenir alır. Yaxşı olar ki, ABAD təşkilatı bizə kömək etmək istəyirsə, məhsullarımızı alıb pulunu nağd versin. Elə sifarişlərini də əvvəlcə bildirsin. Çünki biz qazandığımız vəsaitlə həm ailəmizi dolandırır, həm də material alırıq. Banklar faizlə kredit verirlər, lakin biz o krediti faizi ilə qaytarmaq gücündə deyilik...

2019-cu ilin yayında Birinci vitse-prezident Mehriban xanım Əliyeva qızları ilə Lahıca gələndə Baş küçədəki misgər emalatxanalarına da baş çəkib, ustaların həm əl işləri ilə tanış olub, eyni zamanda, onların qayğıları ilə maraqlanıb. Birinci xanım burada ilk tanışlığa Kəbləminin misgər dükanından başlayıb və ustanın hazırladığı qablar, mili ornametli suvenirlər onun çox xoşuna gəlib. Kəbləmi deyir ki, işləyirdim. Bir də gördüm ki, Mehriban xanım girdi dükana. Gözlərimə inanmadım. Tez ayağa qalxıb, “Xoş gəlmisiniz!” dedim. Əl işlərimə baxıb dedi ki, “elə bil bir əsr keçmişə qayıtdım...” Bu sözləri mən indi də sənətimə verilən böyük qiymət bilirəm.

Səməd MƏLİKZADƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Dekabr 2024 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see771

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see736

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see731

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see527

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see526

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see495

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see428

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see386

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see379

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see367

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see360

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see354

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see342

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see341

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see337

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see327

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see286

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

07 Oktyabr 2026 17:46see277

14 milyon tona yaxın yük daşınıb

07 Oktyabr 2026 16:38see261

Putin Azərbaycandan keçəcək “Şimal Cənub” dəhlizi boyu hansı torpaqların pulla alınmasından danışdı?.. ARAŞDIRMA

07 Oktyabr 2026 17:20see254
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri