Icma.az
close
up
RU
ISO 20121 Tədbirin Dayanıqlı İdarə Edilməsi və Təşkili sertifikatı əldə edildi VİDEO

ISO 20121 Tədbirin Dayanıqlı İdarə Edilməsi və Təşkili sertifikatı əldə edildi VİDEO

COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən sertifikatın əldə edilməsinə dair noyabrın 18-də COP29 Azərbaycan pavilyonunda təltifetmə mərasimi keçirilib.

Sfera.az bildirir ki, tədbir çərçivəsində həmçinin “ISO 20121 - Tədbirlərin Dayanıqlı İdarə Edilməsi və Təşkili” mövzusunda panel müzakirəsi baş tutub. Panel müzakirəsində dayanıqlılıq prinsiplərinin tətbiqi, əməliyyatların şəffaflığı və beynəlxalq səviyyədə uğurlu təcrübələrin paylaşılması mövzularında fikir mübadiləsi aparılıb.

Sessiya və mərasimin keçirilməsinin məqsədlərindən biri də Azərbaycanda tədbirlərin dayanıqlı idarə edilməsi sahəsində tamamilə yeni yanaşmaların və təcrübə mübadiləsinin populyarlaşdırılması və müxtəlif təşkilatlar tərəfindən gələcəkdə bu sahəyə daha geniş diqqət cəlb edilməsidir.

seeBaxış sayı:34
embedMənbə:https://sfera.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri