Icma.az
close
up
RU
Ovçular cəmiyyətlərinin təsərrüfatların təşkili və idarə edilməsi üzrə vəzifələri müəyyən edilib

Ovçular cəmiyyətlərinin təsərrüfatların təşkili və idarə edilməsi üzrə vəzifələri müəyyən edilib

Icma.az, Report.az portalına istinadən məlumat verir.

“Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə
uyğun olaraq ovçular cəmiyyətlərinin ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkili və
idarə edilməsində vəzifələri aşağıdakılardır:


2.1.1. ovçuluq təsərrüfatlarının mühafizəsi və istifadəsi üzrə müəyyən olunmuş
qaydalara əməl etmək;
2.1.2. vəhşi heyvanların sayca artması və ov obyektinə aid edilmiş vəhşi
heyvanların təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılması üçün
şərait yaradılmasına, onların yaşayış mühitinin qorunmasına və yaxşılaşmasına
yönəldilən tədbirlər həyata keçirmək;
2.1.3. ovçuluq təsərrüfatlarında vəhşi heyvanların ayrı-ayrı növlərinin sayının və
istifadəsinin ilkin uçotunun aparılmasını təşkil etmək və bu barədə Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (bundan sonra – Nazirlik)
məlumat vermək;
2.1.4. ovçuları müəyyən edilmiş normativ əsasında ov silahı üçün sursat ilə təmin
etmək;
2.1.5. təbii fəlakət və digər səbəblər nəticəsində dağılmış və ya məhv olmuş
ovçuluq təsərrüfatlarını bərpa etmək;
2.1.6. onlara təhkim olunmuş ərazilərdə brakonyerliyin qarşısını almaq üçün
tədbirlər görmək;
2.1.7. heyvanlar aləmi və ovçuluq fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda
nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək.
2.2. “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsinə
uyğun olaraq ovçular cəmiyyətlərinin ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkili və
idarə edilməsində hüquqları aşağıdakılardır:
2.2.1. ovçuluq sahəsində dövlət proqramlarının, ovçuluq təsərrüfatlarının inkişafı
və yerləşdirilməsi sxemlərinin hazırlanmasında iştirak etmək;
2.2.2. ovçuluq sahəsində normativ hüquqi aktların qəbul edilməsinə və ovçuluq
təsərrüfatlarında vəhşi heyvanlardan istifadə limitlərinə dair Nazirliyə təkliflər vermək;
2.2.3. ovçuluq təsərrüfatının beynəlxalq standartlara uyğun təşkil edilməsi və
respublika və ya yerli əhəmiyyətli ovçuluq təsərrüfatlarının təşkili və ləğv edilməsi barədə
Nazirliyə təkliflər vermək;
2.2.4. ovçuluq təsərrüfatlarında ovçuluğu təşkil etmək;
5
2.2.5. ovçuları cəmiyyətə üzv qəbul etmək və üzv olması barədə onlara üzvlük
bileti vermək;
2.2.6. hər il üçün ovçular cəmiyyətinə üzv olan ovçulardan üzvlük haqqının
vaxtında ödənilməsini tələb etmək;
2.2.7. qanunvericiliklə müəyyən edilmiş qaydada ov silahı, atıcılıq sursatı,
ovçuluq-balıqçılıq ləvazimatı, idman inventarı və digər ovçuluq əşyalarının satışını təşkil
etmək;
2.2.8. həvəskar və idman ovunu həyata keçirmək üçün istifadə edilən ov
alətlərinin (ov silahı və onun üçün sursat istisna olmaqla) istehsalını təşkil etmək;
2.2.9. ovçuluq təsərrüfatlarının işinin təkmilləşdirilməsi, bu sahədə təcrübənin
artırılması məqsədilə seminar-treninqlərin və digər tədbirlərin keçirilməsini təşkil etmək;
2.2.10. ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkili və idarə edilməsi
istiqamətində beynəlxalq və qabaqcıl təcrübələrin mediada təbliğ edilməsi işində iştirak
etmək;
2.2.11. ovçuluq təsərrüfatında vəhşi heyvanların təbii və süni artmasına, onların
yaşayış mühitinin qorunmasına və yaxşılaşmasına yönəldilən kompleks tədbirlərdə iştirak
etmək;
2.2.12. ovçuluğun və ovçuluq təsərrüfatının aparılmasında heyvanlar aləmi
obyektlərindən istifadə üzrə müəyyən olunmuş qaydalara, normalara, limitlərə və
müddətlərə əməl edilməsində iştirak etmək;
2.2.13. ovçuluğun və ovçuluq təsərrüfatının aparılmasında vəhşi heyvanların
yaşadıqları ərazilərdə həyat tərzlərinin sabitliyini pozmayan və ovlanmasına icazə
verilməyən heyvan növlərinin qorunmasını təmin edən üsulların tətbiqində iştirak etmək;
2.2.14. ovçuluğun və ovçuluq təsərrüfatının aparılmasında vəhşi heyvanlar
xəstəliyə yoluxduqda, onların yaşayış mühiti pisləşdikdə, məhv olma təhlükəsi yarandıqda
və tələf olması hallarında xəstəliklərin profilaktikası və ləğvi üzrə keçirilən kompleks
tədbirlərdə iştirak etmək;
2.2.15. ovçuluq təsərrüfatında sərhəd nişanlarının qoyulması, nəzarət-buraxılış
məntəqələrinin yaradılması və işinin müvafiq qaydada təşkil edilməsinə dair təkliflər
vermək;
2.2.16. ovçuluq təsərrüfatında vəhşi heyvanların sayının və istifadəsinin ilkin
uçotunun aparılmasında, onların vəziyyətlərinin və yaşayış yerlərinin xüsusiyyətlərinin
öyrənilməsində iştirak etmək;
2.2.17. ovçuluq təsərrüfatlarında biotexniki tədbirlərin və təbii bərpa işlərinin həyata
keçirilməsinə dair təkliflər vermək və onun həyata keçirilməsində iştirak etmək;
2.2.18. heyvanlar aləmi və ovçuluq fəaliyyətini tənzimləyən normativ hüquqi
aktlarda nəzərdə tutulan digər hüquqları həyata keçirmək.”.

MƏLUMAT YENİLƏNİR

Bizim WhatsApp kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://report.az
archiveBu xəbər 29 Dekabr 2024 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri