Icma.az
close
up
RU
İspan gəncləri Kolumbu ittiham edirlər

İspan gəncləri Kolumbu ittiham edirlər

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Madridin Hərbi Dəniz Qüvvələri Muzeyində gözlənilməz hadisə baş verib. İtalyan səyyah və dənizçi Xristofor Kolumbun təsvir olunduğu tabloya qırmızı boya tökülüb. Hadisə barədə “El País” qəzeti məlumat yayıb.

Məlumata görə, bu addımı “Futuro vegetal” adlı ekoloji təşkilatın fəalları atıblar. Onlar rəssam Xose Qarnelonun “Xristofor Kolumbun ilk bayramı” adlı əsərinin üzərinə bioloji parçalana bilən boya püskürdərək “Bayram etməyə heç nə yoxdur!” şüarını səsləndiriblər.

Fəallar bu hərəkətlərini “tarixi ədalətə çağırış” kimi izah ediblər. Onların sözlərinə görə, Kolumbun Amerikaya “kəşfi” yerli xalqlar üçün faciəli nəticələrə gətirib çıxarıb. Bu səbəbdən, onların fikrincə, bu gün bayram deyil, tarixi ədalətsizliyi etiraf etmə günü kimi qəbul edilməlidir. Muzey administrasiyası isə bildirib ki, hadisədən sonra təhlükəsizlik əməkdaşları fəalları saxlayıblar. Onlara qarşı mədəni irsə zərər vurmaq ittihamı irəli sürülüb və hazırda istintaq aparılır.

İspaniyada hər il 12 oktyabr milli bayram – Kolumb Günü kimi qeyd olunur. Bu tarix 1492-ci ildə Xristofor Kolumbun ilk dəfə Amerika qitəsinə ayaq basdığı günlə üst-üstə düşür. Lakin son illərdə bu günlə bağlı cəmiyyətdə ciddi mübahisələr yaşanır. Bəziləri bu tarixi “dünya sivilizasiyasının yeni dövrünün başlanğıcı” kimi qiymətləndirir, digərləri isə “yerli xalqların fəth və köləliyinin başlanğıcı” adlandırır.

Tarixçilər vurğulayırlar ki, Kolumb Amerikaya “kəşf” etməyə gəlməmişdi – o zaman qitədə artıq inkişaf etmiş mədəniyyətlər və xalqlar mövcud idi. Kolumbun səyahətləri Qərbi Avropanın yeni torpaqlara nüfuz etməsinə və genişmiqyaslı müstəmləkəçiliyin başlanğıcına səbəb olub.

1492–1502-ci illər arasında Kolumb Amerikaya dörd dəfə səfər edib. Onun ekspedisiyaları nəticəsində ABŞ, Kanada və Meksika kimi dövlətlərin formalaşmasına zəmin yaranıb. Lakin yerli xalqlar üçün bu proses müsbət nəticələrlə yekunlaşmayıb. Buna görə də bu gün Avropa və Amerikada Kolumbun şəxsiyyətinə münasibət birmənalı deyil. Bəziləri onu “dünyanı birləşdirən qəhrəman”, digərləri isə “müstəmləkəçiliyin simvolu” kimi dəyərləndirirlər.

Madriddə baş verən son hadisə bu müzakirələri yenidən gündəmə gətirib. Ekoloji fəalların sözlərinə görə, “tarixi yenidən nəzərdən keçirmək və gələcək nəsillərə onun əsl simasını göstərmək vaxtıdır”. Hadisə cəmiyyətdə də belə bir sual doğurub: Qeyd edilən tarix – kimin qələbəsi, kimin məğlubiyyətidir?

S.ELAY
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Oktyabr 2025 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see358

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see322

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see315

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see309

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see307

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see302

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see295

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see288

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see281

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see259

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see248

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see246

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see243

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see241

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see237

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see225

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see203

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri