Icma.az
close
up
RU
İspaniya 100 milyonluq mövsümi turist axını fonunda nəqliyyat xaosu ilə üzləşir

İspaniya 100 milyonluq mövsümi turist axını fonunda nəqliyyat xaosu ilə üzləşir

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 14 iyul, AZƏRTAC

İspaniyanın 2025-ci ildə 100 milyon əcnəbi turist qəbul edəcəyi gözlənilir ki, bu da kritik infrastrukturun ziyarətçilərin daha da artmasının öhdəsindən gəlməyə hazır olması ilə bağlı çoxlu sual doğurur.

AZƏRTAC xəbər verir ki, son vaxtlar sürətli qatarların hərəkətində yaranan fasilələr və Baraxas hava limanında pasport yoxlamasının uğursuzluğu turizm sənayesində mübahisələrə səbəb olub. ABC qəzeti yazır ki, bu sahəyə böyük sərmayə qoyulması planlaşdırılır, lakin planların həyata keçirilməsi illər çəkəcək və bu, İspaniyanın ÜDM-də payı indi həmişəkindən daha yüksək olan xarici turistlərin vəziyyətinin daha da pisləşməsinə səbəb ola bilər.

Bu sahədə səbri daşıran son damla dəmir yolunda yaranan xaos olub. Təxminən 26 min sərnişin iyunun 30-dan iyulun 1-dək olan müddətdə paytaxtla İspaniyanın cənubu arasında yüksəksürətli xidmətləri təxminən 15 saat dayandıran Madrid-Əndəlüs elektrik xəttindəki nasazlıqdan əziyyət çəkib. Lakin hadisənin ciddi narahatlıq doğurması ilə yanaşı, sərnişin daşıyan qatarlar on iki saat şəhərdən uzaqda qapalı vəziyyətdə qalıb.

Rəsmilər bu insidentin qəbuledilməz olduğunu vurğulayıblar. Xüsusilə isti havada və kondisionersiz qatarlarda qalan sərnişinlərin vəziyyəti narahatlıq doğurur və İspaniyanın turizm məkanı kimi imicinə mənfi təsir göstərir.

Turistlərin gəlişi ilə hava limanının infrastrukturu ilə yaranan vəziyyət də narahatlıq doğurur, çünki bu nəqliyyat obyekti İspaniyaya gələn ziyarətçilərin demək olar ki, 90 faizinə xidmət göstərir. Aeroport terminallarını idarə edən və istismar edən “Aena” hazırda Baraxas hava limanını genişləndirir, amma digər aeroportlar da artıq imkanlarının son həddində fəaliyyət göstərir. Baraxas hava limanındakı gecikmələrə polisin sənədləri yoxlamaq üçün istifadə etdiyi proqram təminatında müvəqqəti nasazlıq səbəb olub. Texniki nasazlıq hava limanında yüksək tıxac dövrünə təsadüf edib, eyni vaxtda bir çox reyslərin qəbulu da uzun növbələrə gətirib çıxarıb. Sərnişinlər vəziyyəti misli görünməmiş, üç saata qədər davam edən növbələr və yüzlərlə insanın sıraya düzülməsi kimi təsvir ediblər.

Qeyd olunur ki, bütün bu problemlərin fonunda ispan brendi təhlükə altındadır. Turizm Şurasının vitse-prezidenti və institusional əlaqələr rəhbəri Santyaqo Vallexo deyib: “Belə hallar uçuşların dərhal ləğvinə səbəb olmasa da, İspaniyanın imicinə xələl gətirir və bizə müraciət edənlərin gələcək qərarlarına təsir edə bilər. Bu, bizim reputasiyamızı və keyfiyyət qavrayışımızın qorunması məsələsi ilə bağlıdır və ölkəmizə baha başa gəlir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 İyul 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see225

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see221

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see211

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see186

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see184

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see179

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see175

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see160

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see158

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see155

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see155

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see149

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see148

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see147

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see145

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri