İspaniya Argentina finalından sonra meydanda dava düşdü FOTO/VİDEO
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
Argentina futbol millisinin yarımmüdafiəçisi Leandro Paredes DÇ-2026-nın İspaniyaya qarşı finalından sonra meydanda baş verən qarşıdurmanın əsas iştirakçılarından biri olub.
İdman.Biz xəbər verir ki, final fitindən sonra İspaniyanın ehtiyat oyunçuları qələbəni qeyd etmək üçün meydana daxil olublar. Bu zaman Paredes İspaniya millisinin yarımmüdafiəçisi Qavini itələyərək yerə yıxıb. Hadisədən sonra hər iki komandanın futbolçuları arasında qısa müddətli dava düşüb.
Argentina millisinin baş məşqçisi Lionel Skaloni müdaxilə edərək tərəfləri sakitləşdirməyə çalışıb. Qarşıdurma böyümədən komanda üzvləri tərəfindən dayandırılıb.
İspaniya finalda Argentinanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə dünya çempionu olub. Görüşün yeganə qolunu 106-cı dəqiqədə meydana sonradan daxil olan Ferran Torres vurub. Argentina 90+3-cü dəqiqədə Enzo Fernandezin meydandan qovulmasından sonra matçı azlıqda başa vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 20 İyul 2026 03:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















