Icma.az
close
up
RU
İspaniya ciddi seçim qarşısında...

İspaniya ciddi seçim qarşısında...

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp İspaniyanın NATO-dan xaric edilməsini təklif edib. Belə ki, Tramp Ağ Evdə Finlandiya Prezidenti Aleksandr Stubb ilə görüşü zamanı jurnalistlərin NATO-nun gələcək müdafiə-təhlükəsizlik strategiyası ilə bağlı suallarını cavablandırarkən İspaniya hökumətini sərt tənqid edib - o bildirib ki, İspaniya alyans üçün tələb olunan müdafiə xərclərinin ÜDM-in 5 faizinə qədər artırılması öhdəliyini yerinə yetirmir. “Biz Finlandiya və NATO ilə çox sıx əməkdaşlıq edirik. Bildiyiniz kimi, mən xahiş etmişdim ki, müdafiə xərcləri 2 faiz yox, 5 faiz olsun. İnsanların çoxu bunun olmayacağını düşünürdü, lakin bu, yekdilliklə qəbul edildi. Bizim bir geri çəkilənimiz var, bu da İspaniyadır. Onların bunu etməmək üçün heç bir bəhanəsi yoxdur. Bəlkə ən yaxşısı onları NATO-dan çıxarmaqdır”, - deyə Tramp vurğulayıb. Qeyd edək ki, bu il iyunun 24-25 - də baş tutan NATO-nun Haaqa sammitində alyansın təhlükəsizlik və müdafiə sahəsində genişmiqyaslı planları ilə bağlı ətraflı müzakirələr aparılıb - Sammit zamanı Prezident Donald Tramp “Soyuq müharibə” - dən sonra ən böyük silahlanma proqramını irəli sürüb. Ağ Ev rəhbərinin tələbi əsasında bu məsələ ətrafında xüsusi plan tərtib edildi. Plana əsasən, 2035-ci ilə qədər müdafiə xərclərinin ümumi daxili məhsulun (ÜDM) 5 faizinə çatdırılması nəzərdə tutulur. Bunun ən azı 3,5 faizi bilavasitə hərbi xərclərə, 1,5 faizinin isə hərbi məqsədlə istifadə oluna bilən infrastruktur layihələrinə ayrılacaqdır. Sammitin sonunda İspaniyanı çıxmaq şərti ilə NATO-nun bütün üzv ölkələri müdafiə xərclərinin ÜMD-in 5 faizinə qədər artırılmasına dair razılığa gəliblər.

Madrid niyə etiraz edir?

NATO-nun son sammitində bu məsələ ətrafında yekun razılıq əldə olunsa da, İspaniya alyans üçün hər bir ölkənin ayıracağı müdafiə xərclərinin ÜDM-in 5 faizinə çatdırmaq təklifinə qarşı çıxıb. Baş nazir Pedro Sançez hesab edir ki, bu addım Avropa İttifaqının öz təhlükəsizlik və müdafiə potensialını qurmaq səylərinə ciddi zərbə vurur. Bu səbəbdən sammitdən dərhal sonra Sançez NATO-nun baş katibi Mark Rutteyə məktub göndərərək hədəfin ya könüllü xarakter daşımasını, ya da İspaniyanın bu öhdəlikdən tamamilə azad olunmasını tələb edib. O, bildirib ki, 5 faiz hədəfi nə real, nə də faydalıdır. Qeyd edək ki, hazırda İspaniya ÜDM-in 1,28 faizini müdafiəyə ayırır. NATO-da bu göstərici ən aşağı səviyyədədir. Madrid yalnız xərclərin 2 faiz civarında olmasını məqbul hesab edir,  amma 5 faizlik artım qeyri-mümkündür - İspaniyanın dövlət rəsmilərinin sözlərinə, bu, ölkənin sosial-iqtisadi və sosial rifah hədəfləri ilə ziddiyyət təşkil edir.

NATO-dan çıxarıla bilər?

Maraqlıdır, NATO-nun nizamnaməsində hər hansı üzv ölkənin alyans üçün tələb olunan maliyyə vəsaitini ayırmadığı və ya buna imkanı olmadığı təqdirdə, həmin ölkənin alyansdan çıxarılması üçün məsələnin qaldırılması barədə müddəa var? Üzv ölkələr hansı halda NATO-nu tərk edə bilərlər? Bunun üçün hansı mexanizmlər tətbiq olunur? Ümumiyyətlə, NATO-nun 76 illik tarixində hər hansı üzv ölkənin alyansı tərk etməsi müşahidə olunub? Politoloq Rəşad Bayramov “Yeni Azərbaycan” qəzetinə şərhində bütün bu sualları cavablandırıb. O, qeyd edib ki, NATO-nun nizamnaməsində hər hansı bir üzv ölkənin bu və ya digər səbəbdən alyansdan xaric edilməsinə dair müddəa yoxdur. “Heç bir üzv ölkə alyansdan xaric edilə bilməz, yalnız üzv ölkənin özü alyansı könüllü şəkildə tərk edə bilər. Nizamnamənin 13-cü maddəsinə görə, istənilən üzv ölkə NATO-nun üzvlüyündən çıxmaq üçün alyansın baş katibinə və bütün üzv ölkələrinə müvafiq olaraq bildiriş təqdim etməlidir. Bir il ərzində həmin bildiriş ciddi və ətraflı şəkildə nəzərdən keçirilir və ondan sonra isə lazımi qərar qəbul olunur. Qərar qəbul olunduqdan sonra onun NATO-ya üzvlüyünə xitam verilir. Hətta hər hansı üzv ölkə NATO-da üzvlüyünü dondurmaq hüququndan da istifadə edə bilər. Ancaq nizamnamədə hər hansı bir üzv ölkənin müəyyən səbəblərdən dolayı alyansın üzvlüyündən çıxarılması ilə bağlı müddəa yoxdur. Hətta həmin üzv ölkə tələb olunan maliyyə vəsaitini ayırmaq iqtidarında olmasa belə, onun üzvlüyünə toxunulmur.  Elə dövrlər olub ki, NATO-ya üzv ölkələrin əksəriyyəti alyans üçün müvafiq vəsaiti ödəməkdə çətinlik çəkiblər. Təbii ki, müdafiə xərclərinin 5 faizə qədər artırılması alyansın bəzi üzv ölkələrini çətin vəziyyətə salıb. İspaniya da həmin ölkələrdən biridir”, - deyə Rəşad Bayramov əlavə edib ki, NATO-nun üzv ölkələri arasında yalnız Fransa alyansda üzvlüyünü dondurmaq hüququndan istifadə edib: “1966-ci ildə Fransa NATO-da üzvlüyünü dondurub, amma 2009-ci ildə öz üzvlüyünü yenidən bərpa edib. İndiyə qədər heç bir üzv ölkə NATO-nu tərk etmək üçün alyansın nizamnaməsinin 13-cü müddəasına müraciət etməyib”.

Yunis ABDULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 Oktyabr 2025 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see293

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see275

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see268

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see252

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see250

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see219

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see211

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see205

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see204

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see196

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see186

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see186

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see185

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see183

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see180

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see178

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see175

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see167

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see163

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri