İspaniya Kubokunun 24 oyunu qatar qəzasına görə təxirə salınıb
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 28 oktyabr, AZƏRTAC
İspaniya Kral Futbol Federasiyası (RFEF) Toledoda baş verən dəmir yolu qəzasına görə ölkə kubokunun I təsnifat mərhələsində keçirilməli olan 24 oyunun hamısını təxirə salıb.
AZƏRTAC xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, təxirə salınan qarşılaşmaların yeni tarixləri və başlama saatları ilə bağlı məlumat yaxın günlərdə veriləcək.
Bəyanatda İspaniya futbol ictimaiyyətinin faciə ilə əlaqədar dərin hüzn içində olduğu və federasiyanınzərərçəkənlərə yardım göstərilməsi üçün aidiyyəti qurumlarla əməkdaşlığa hazır olduğu qeyd edilib.
Qeyd edək ki, Toledoda iki sürət qatarının toqquşması nəticəsində azı 50 nəfər həlak olub, 179-dan çox insan xəsarət alıb.
Baxış sayı:92
Bu xəbər 28 Oktyabr 2026 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















