İspaniya Mərakeşdən minlərlə mövsümi işçi qəbul edəcək
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 18 fevral, AZƏRTAC
İspaniyanın Uelva əyaləti 2026-cı ildə çiyələk məhsulunun yığımı üçün Mərakeşdən minlərlə mövsümi işçi qəbul edəcək.
AZƏRTAC Mərakeşin “Akhbarona” qəzetinə istinadla xəbər verir ki, bu proses Mərakeş ilə İspaniya arasında dövri miqrasiya sahəsində bağlanmış əməkdaşlıq haqqında sazişlərin bir hissəsidir. Bu sazişlər İspaniya fermerlərinin ixtisaslı işçi qüvvəsinə olan tələbatının ödənilməsinə, həmçinin Mərakeşin Məşğulluğun təşviqi və peşə hazırlığı üzrə milli agentliyi tərəfindən yoxlanılan və nəzarət edilən minlərlə mərakeşli qadına qanuni məşğulluq imkanlarının təqdim olunmasına yönəlib.
Bu kampaniya Rabat ilə Madrid arasında iqtisadi və sosial əməkdaşlığın ən mühüm sütunlarından biridir. Belə ki, bu, bir tərəfdən Uelva regionunun yerli iqtisadiyyatının dəstəklənməsinə töhfə verir, digər tərəfdən isə Mərakeşin müxtəlif kənd rayonlarından olan qadın işçilərin maliyyə gəlirlərinin artmasına kömək edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 18 Fevral 2026 19:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















