İspaniya qırıcısı Rumıniyada naməlum dronu vurub
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rumıniyanın şərqində mənşəyi məlum olmayan pilotsuz uçuş aparatı (PUA) vurulub.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
"Avqustun 15-dən 16-na keçən gecə, saat 04:44-də (Bakı vaxtı ilə 05:44 - red.) Müdafiə Nazirliyinin müşahidə sistemləri Qalats şəhərindən təxminən 24 km şimalda, Moldova tərəfdən hava obyektinin milli hava məkanına daxil olmasını qeydə alıb", - deyə məlumatda bildirilir.
Rumıniyanın 57-ci "Mixail Koqelniçanu" aviabazasında hava patrul xidmətində olan İspaniya Aerokosmik Qüvvələrinin "F-18" qırıcısı saat 05:01-də (Bakı vaxtı ilə 06:01 - red.) dronu vurub.
PUA-nın qəlpələri Belen və Kudalbi yaşayış məntəqələri arasında yaşayış olmayan əraziyə düşüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 16 Avqust 2026 12:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















