İspaniyada daha bir nəfərdə hantavirus aşkarlanıb
Icma.az, Sherg.az portalına istinadən məlumat verir.
İspaniya Səhiyyə Nazirliyi "MV Hondius" kruiz gəmisindən təxliyə edildikdən sonra karantinə alınan İspaniya vətəndaşının hantavirus testinin müsbət çıxdığını açıqlayıb.
Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, xəstə ixtisaslaşmış tibbi nəzarət altında saxlanılacaq.
Mayın 11-i axşamı "MV Hondius" gəmisi Kanar adalarının Tenerife şəhərindən Niderlanda yola düşüb. Mayın 22-də ÜST gəmidə 12 hantavirus xəstəsinin olması barədə məlumat verib. Xəstəlikdən üç nəfər ölüb, bir xəstə Yohannesburqda xəstəxanaya yerləşdirilib.
Hantaviruslar əsasən kiçik məməliləri yoluxduran, lakin insanlara da ötürülə bilən viruslar ailəsidir. Ağır hallarda yoluxmuş şəxslər ağciyər zədələnməsi, ürək çatışmazlığı və hemorragik qızdırma ilə üzləşirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 26 May 2026 03:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















