Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

İspaniyada irqi iğtişaşlar: təqaüdçüyə hücumdan sonra küçələri zorakılıq bürüdü

İspaniyada irqi iğtişaşlar: təqaüdçüyə hücumdan sonra küçələri zorakılıq bürüdü

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İspaniyanın Torre-Paçeko şəhərində iki gecə ard-arda irqi motivli iğtişaşlar davam edir. Onların səbəbi yaşlı bir kişiyə qarşı törədilən amansız hücum olub.

Lent.az xəbər verir ki, bu barədə “El Pais” nəşri məlumat yayıb.

Təqaüdçüyə hücum

Bu həftə Torre-Paçekoda naməlum şəxslər bir yaşlını birbaşa küçənin ortasında döyüblər. Kişi müxtəlif xəsarətlər alıb, lakin hazırda evdədir və bərpa prosesindədir. Hücumun motivləri hələ ki, məlum deyil, saxlanılan yoxdur.

İspaniyanın Mursiya regionunda mərkəzi hökumətin nümayəndəsi Mariola Gevara dövlət televiziyasına açıqlamasında bildirib ki, hadisə ilə bağlı istintaq aparılır. O, həmçinin nifrət dolu çağırışları və zorakılığa təhrik edən bəyanatları pisləyib, çünki şəhərə artıq ultrasağçı qrupların axını başlayıb. Hakimiyyət gələcək iğtişaşların qarşısını almaq üçün Mülki Qvardiyanın sayını artırmaq qərarına gəlib.

Yerli hakimiyyətin məlumatına görə, Torre-Paçeko əhalisinin təxminən üçdə biri xarici ölkələrdən gəlmiş insanlardır. Rayon aqrar sənayenin mərkəzi kimi tanınır və burada əsasən mövsümi kənd təsərrüfatı işlərində çalışan çox sayda miqrant yaşayır.

Kütləvi iğtişaşlar

Yerli hakimiyyətin çağırışlarına baxmayaraq, İspaniyada 12 və 13 iyul gecələri iğtişaşlar baş verib.

İlkin olaraq, 11 iyulda yaşlı kişiyə hücumdan sonra şəhər rəhbərliyi dinc aksiya təşkil edib. Tədbirdə təxminən 500 nəfər iştirak edib. Lakin həmin gecə şəhərin müxtəlif yerlərində toqquşmalar qeydə alınıb. Ertəsi gün, 12 iyul axşamı şəhərin mərkəzinə ultrasağçı hərəkatların fəalları toplaşaraq miqrantlara qarşı şüarlar səsləndiriblər.

Mursiya hökumətinin nümayəndəsi Mariola Gevaranın bildirdiyinə görə, gecə baş verən toqquşmalarda bir nəfər saxlanılıb, daha üç nəfər yüngül xəsarətlər alıb. Onun sözlərinə görə, təxminən saat 22:00 radələrində əks qütblü iki qrup arasında gərginlik yaranıb və qarşıdurmanın qarşısını almaq üçün polis canlı sədd yaradıb.

Şəhər meri ilk aksiyanı təşkil edən şəxs kimi zorakılığın artmasını pisləyib və bildirib ki, Torre-Paçekoya radikal fikirlərlə gələnlər əsasən kənardan gələnlərdir. O, insanlara provokasiyalara uymamağı tövsiyə edib: “Cinayətkarlıqla zorakılıq yolu ilə mübarizə aparmaq olmaz – bu çıxış yolu deyil”.

Bu arada ultrasağçı qüvvələr ritorikanı daha da sərtləşdirirlər. Sosial şəbəkələrdə əsasən mərakeşlilərə qarşı yönəlmiş antimigrant çağırışlar geniş yayılır. Sağ radikal Vox partiyası da susmayıb: partiyanın regional lideri Xose Anxel Antelo şəhərdə keçirilən mitinqdə “Özünü cinayətdən qoru” şüarı ilə çıxış edib və miqrasiyanı zorakılıq və xaosun artmasında günahlandırıb.

Qeyd edək ki, İspaniya bir neçə il öncə Şimali Afrikadan gələn qeyri-qanuni miqrant axınının qarşısını almaq üçün hətta sərhədə ordu yerləşdirmişdi. Yalnız bir neçə həftə ərzində ölkəyə 8 min afrikalı daxil olmuşdu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://lent.az
archiveBu xəbər 13 İyul 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see333

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see270

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see262

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see260

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see241

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see239

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see237

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see234

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see227

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see224

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see222

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see216

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see215

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see201

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see200

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see194

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see187

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see182

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see171

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri