Sergen Yalçın: “Belçika ilə oyuna iki məşqlə çıxdıq”
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyə millisinin baş məşqçisi Sergen Yalçın Belçikaya məğlubiyyətdən sonra komandasının oyununu yaxşılaşdırmaq üçün zamana ehtiyac duyduqlarını bildirib.
İdman.Biz Türkiyə mediasına istinadən xəbər verir ki, mütəxəssis UEFA Millətlər Liqasında 1:2 hesabı ilə uduzduqları qarşılaşmadan sonra keçirilən mətbuat konfransında hazırlıq müddətinin qısalığına diqqət çəkib:
“Bu oyuna iki məşqlə çıxdıq. İki-üç gün sonra daha bir çox çətin qarşılaşmamız olacaq”.
Yalçın futbolçuların mübarizəsindən razı qaldığını söyləyib:
“Komandanın mübarizəsindən və oyunun müəyyən hissələrindən razıyıq. Bunu daha uzun müddətə yaymalıyıq. Zamanla toparlanacağıq. Futbolçularla birlikdə bu problemi həll edə bilərik”.
Baş məşqçi Oğuz Aydını sağ cinah müdafiəçisi mövqeyində oynatmasına da aydınlıq gətirib:
“Oğuz sürətli, güclü və daha mübarizdir. Daha yaxşı müqavimət göstərəcəyini düşündüm. Ondan razıyam, oynadığı müddətdə yaxşı çıxış etdi”.
Yalçın Kevin De Brüynenin Türkiyə millisində demək olar hər şeyi Arda Gülərin təkbaşına etdiyi barədə fikrinə də münasibət bildirib:
“Digər futbolçularımız da Arda ilə birlikdə həll yolları tapmaqda bizə kömək etməlidirlər. O, üzərinə düşən məsuliyyəti götürür, bu gün də götürdü”.
Baxış sayı:131
Bu xəbər 13 Noyabr 2026 03:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















