İspaniyada NATO və ABŞ hərbi bazalarına kiberhücumlar edən şəxs həbs edilib
Icma.az, Operativ MM saytına istinadən bildirir.
İspaniyanın hüquq-mühafizə orqanları Alikante əyalətində strateji təşkilat və qurumların sistemlərinə 40-dan çox kiberhücumda iştirak etməkdə şübhəli bilinən şəxsi saxlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Saxlanılan şəxs milli və beynəlxalq şirkət və təşkilatların, o cümlədən dövlət xidmətlərinin və dövlət qurumlarının kompüter xidmətlərinə çoxsaylı hücumlar həyata keçirib.
Şübhəli şəxs sonradan satılan və ya forumlarda dərc edilən məlumat bazalarına, həmçinin müxtəlif qurumların daxili sənədlərinə giriş əldə edə bilib.
Polisin məlumatına görə, 2024-cü il ərzində saxlanılan şəxs Milli Sikkəxanaya, İspaniya nazirliklərinə və universitetlərinə, həmçinin NATO və ABŞ ordusunun məlumat bazalarına, BMT və Beynəlxalq Mülki Aviasiya Təşkilatına kiberhücumlar həyata keçirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 05 Fevral 2025 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















