Icma.az
close
up
RU
İspaniyada “Sabah”ın məğlubiyyətinin səbəbkarını göstərdilər, Xəyal Əliyevin istedadını qeyd etdilər in İCMALI

İspaniyada “Sabah”ın məğlubiyyətinin səbəbkarını göstərdilər, Xəyal Əliyevin istedadını qeyd etdilər in İCMALI

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İspaniyanın idman nəşri “Mundo Deportivo” Çempionlar Liqasının Liqa mərhələsinin beşinci turunda “Barselona”ya qarşı keçirilən matçda (1:4) “Sabah”ın hər bir futbolçusunun çıxışına ayrıca material həsr edib.

İdman.Biz xəbər verir ki, məqalənin müəllifi Xavyer Qaskon Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşmada iştirak etmiş Azərbaycan klubunun 16 futbolçusunun hər birinə fərdi xarakteristika verib.

İspaniyalı jurnalist xüsusi diqqəti Xəyal Əliyevə yönəldərək zədədən yenicə sağalmış azərbaycanlı futbolçunun potensialını qeyd edib.

“İstedadlı futbolçudur, lakin zədədən sonra oyun ritmi çatışmır. Start heyətindəki yeganə azərbaycanlıdır”, - deyə Qaskon yazıb.

Qeyd edək ki, qarşılaşmanın artıq 9-cu dəqiqəsində Xəyal Əliyev hesabı aça bilərdi. Lakin Du Keyrosun ara ötürməsindən sonra onun cərimə meydançası daxilindən sol ayaqla vurduğu zərbəni kataloniyalıların qapıçısı Xoan Qarsiya dəf edib.

Jurnalist “Sabah”ın digər futbolçularının çıxışını isə belə xarakterizə edib:

- Stas Pokatilov - ziddiyyətli. Bir neçə yaxşı seyvi olsa da, kataloniyalıların üç qolunda topu uğursuz dəf edib.

- Akim Zedadka - diqqətsiz. Entoni Qordonu nəzarətdə saxlaya bilməyib və zədələnib.

- Stiv Solvet - təhlükəli. 191 sm boya malik müdafiəçi hücum zamanı hava ötürmələrində rəqib üçün təhlükə yaradıb.

- Erivaldo Almeyda - cəsarətli. Qarşılaşmanın ilk yarım saatında topun ələ keçirilməsi zamanı uğurlu çıxış edib.

- Timoteuş Puxaç - təcrübəli. İki Avropa çempionatının iştirakçısı bir müddət Kərim Adeyemiyə çətin anlar yaşadıb.

- Umarali Rəhmonəliyev - diqqətçəkən çıxışı ilə yadda qalmayan. Bununla belə, jurnalist özbəkistanlı yarımmüdafiəçinin yorulmazlığını vurğulayıb.

- İvan Lepinitsa - mübariz. Qaskon xorvatiyalı yarımmüdafiəçinin ustalığını və tirə tuş gələn təhlükəli zərbəsini qeyd edib.

- Ksandra Severina - çəkingən. İmkanlarını tam şəkildə nümayiş etdirə bilməyib.

- Du Keyros - qeyri-sabit. Jurnalist braziliyalı yarımmüdafiəçinin texniki bacarığını xüsusi vurğulayıb.

- Kristian Nvaçukvu - sürətli. Nigeriyalı futbolçunun əsas üstünlüyü sürəti kimi göstərilib.

- Coy-Lens Mikels - təhlükəli. Bir qol vursa da, daha bir dəfə fərqlənmək imkanını əldən verib.

- Aleksey İsayev - cəsarətli. Hesab 0:4 olarkən meydana çıxıb, qarşılaşmanı isə 1:4 hesabı ilə başa vurub.

- Kahim Parris - incə oyun üslubuna malik. Mikelsə əla ötürmə verib, lakin hücumçu fürsəti dəyərləndirə bilməyib.

- Rəhman Daşdəmirov - sərt. Əvəzetmədən sonra meydana çıxaraq ikili mübarizələrdə qətiyyətli davranıb.

- Tellur Mütəllimov - məcburi əvəzetmə. Zədələnən Zedadkanı əvəz edib və komandasının daha çox qol buraxmasının qarşısını almağa kömək göstərib.

Maraqlıdır ki, “Mundo Deportivo”nun nəşrin Bakıdakı xüsusi müxbiri Xoan Pokinin müəllifi olduğu digər materialında hər iki komandanın futbolçularına balla qiymət verilib.

“Sabah”ın futbolçuları arasında ən yüksək qiyməti Kristian Nvaçukvu, Du Keyros və Coy-Lens Mikels alıblar - hər biri iki bal. Xəyal Əliyev istisna olmaqla, qalan futbolçuların hamısı bir balla qiymətləndirilib. Poki azərbaycanlı futbolçuya isə sıfır bal verib. Beləliklə, eyni nəşrin iki jurnalistinin Xəyal Əliyevin çıxışına münasibəti fərqli olub.

Bununla yanaşı, İspaniya mətbuatının əsas tənqid hədəflərindən biri “Sabah”ın qazaxıstanlı qapıçısı Stas Pokatilov olub. Bir neçə nəşr qapıçının uğursuz hərəkətlərinin kataloniyalıların işini xeyli asanlaşdırdığına diqqət çəkib.

“El Pais” nəşrinin Barselonadakı idman redaksiyasının rəhbəri Ramon Besa Pokatilovu hətta kataloniyalıların ən yaxşı müttəfiqi adlandırıb.

“Qapıçı Adeyeminin ötürməsindən sonra uğursuz oynayaraq Qordonun hesabı açmasına imkan verdi və “Barselona”nın ən yaxşı müttəfiqinə çevrildi”, – deyə jurnalist yazıb.

Besa vurğulayıb ki, həmin epizoda qədər Valdas Dambrauskasın komandası öz meydan yarısında düzgün mövqe tutub, müdafiədə inamlı təsir bağışlayıb və əks-hücumlar təşkil edib. Lakin ilk buraxılan qol meydan sahiblərinin əhvalına mənfi təsir göstərib.

Jurnalistin fikrincə, Qordonun ikinci qolu demək olar ki, birincinin təkrarı olub. Dördüncü qolda isə Pokatilov yenidən topu uğursuz dəf edib və Jül Kunde zərbəsindən sonra Qabriel Jezusun fərqlənməsinə şərait yaradıb.

“La Vanguardia” nəşrinin Bakıdakı xüsusi müxbiri Anais Marti Errero da qazaxıstanlı qapıçının çıxışını sərt tənqid edib.

“Barselona” Pokatilovun istəmədən etdiyi səhvlərin köməyi ilə 10 dəqiqə ərzində matçın taleyini həll etdi. Qapıçı topları birbaşa qapısının qarşısında saxlayırdı”, - deyə jurnalist qeyd edib.

AS nəşrinin baş redaktorunun müavini Santi Ximenes də qapıçının səhvlərinə diqqət çəkərək Qordonun ilk qolunu Azərbaycan klubunun qolkiperinin hədiyyəsi nəticəsində vurulmuş qol adlandırıb.

Onun fikrincə, həmin ana qədər kataloniyalılar lazımi intensivliklə oynamırdılar və hətta meydan sahiblərinin hesabı açmasına imkan verə bilərdilər. Lakin Pokatilovun uğursuz hərəkətlərindən sonra İspaniya komandası qarşılaşmanın gedişatını dəyişmək imkanı əldə edib.

“Sabah”ın qapıçısının çıxışı ilə bağlı ən kəskin ifadəni isə Kataloniyanın ARA nəşrinin jurnalisti Xavi Ernandes Navarro işlədib. O, qapıçının əllərini təsvir etmək üçün “yağlı əllər” ifadəsindən istifadə edib.

“Bir neçə ay sonra o, eyni ölkədə “Barselona” forması ilə ilk dublunu “Sabah”ın qapıçısının yağla örtülmüş kimi sürüşkən əlləri sayəsində etdi”, – deyə jurnalist Qordon haqqında yazıb.

Beləliklə, Pokatilovun bir neçə baxımlı seyvinə baxmayaraq, ispaniyalı jurnalistlər qarşılaşmanın həlledici epizodlarında onun buraxdığı səhvlərin Azərbaycan klubunun böyükhesablı məğlubiyyətində əsas amillərdən biri olduğu qənaətinə gəliblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 26 Noyabr 2026 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see444

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see355

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see353

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see323

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see323

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see310

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see309

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see309

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see303

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see297

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see293

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see284

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see279

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see268

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see264

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see258

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see258

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see250

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see249

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri