Icma.az
close
up
RU
Bu halda təmir pulu batır İcarəçilərin diqqətinə!

Bu halda təmir pulu batır İcarəçilərin diqqətinə!

Bizim media saytına istinadən Icma.az xəbər verir.

İcarəyə götürdüyü obyektdə təmir işləri aparan şəxslər bəzən müqavilə müddəti başa çatmadan obyekt sahibi tərəfindən ərazini boşaltmaq tələbi ilə üzləşirlər. Belə hallarda icarəçinin təmirə xərclədiyi vəsaitin geri qaytarılıb-qaytarılmayacağı məsələsi gündəmə gəlir.
Bəs müqavilə müddəti bitmədən obyektdən çıxarılan icarəçi təmirə xərclədiyi pulu geri tələb edə bilərmi? Obyekt sahibi həmin xərcləri ödəməyə borcludurmu?
Bizim.Media xəbər verir ki, vəkil Amid Əsgərov “demokrat.az”a açıqlamasında bildirib ki, icarəyə verilən obyektə icarəçi tərəfindən çəkilmiş xərclərin icarəyəverən tərəfindən hansı hallarda kompensasiya edilməli olması məsələsi tərəflər arasında bağlanan icarə müqaviləsi ilə tənzimlənməlidir.
Bu halda təmir pulu batır — İcarəçilərin diqqətinə!
Onun sözlərinə görə, "İcarə haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən, icarəyə götürülmüş əmlak icarəyəverənin razılığı ilə yaxşılaşdırıldıqda, müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra icarəçinin hüququ vardır ki, qanunda və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu məqsədlə çəkdiyi bütün xərclərin ödənilməsini tələb etsin.
Vəkil qeyd edib ki, həmin maddənin 6-cı bəndinə əsasən, icarəyəverənin icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilməyən yaxşılaşdırmalar müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra əvəzi ödənilmədən icarəyəverənə keçir:
"Həmin maddənin 7-ci bəndinə əsasən isə icarəyəverənin icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilən yaxşılaşdırmaların dəyərini icarəyəverən ödəməyə razı olmadıqda, icarəçi bu yaxşılaşdırmaları geri götürə bilər. "İcarə haqqında" Qanunun 13.1-ci bəndinə əsasən, tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda, digər tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər.
Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 680.1-ci maddəsinə əsasən, kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur. Məcəllənin 680.1.1-ci maddəsinə əsasən, binaların, qurğuların və ya nəqliyyat vasitələrinin kirayəsi halında istismar, qulluq və təmizləmə xərcləri əvəzi ödənilən xərclərə aid edilmir. Mülki Məcəllənin 680.2-ci maddəsində isə qeyd olunur ki, kirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir.
Vəkil bildirib ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 10.07.2026-cı il tarixli qərarında da bu məsələ ilə bağlı hüquqi mövqe ifadə olunub:
"Həmin qərarda qeyd edilir ki, "MM-in 680-ci maddəsi kirayəçinin çəkdiyi müəyyən xərclərin əvəzinin ödənilməsi ilə bağlı ümumi hüquqi tənzimləməni müəyyən edir. Həmin norma tərəflərin müqavilə ilə başqa qayda müəyyən etmədikləri hallarda tətbiq olunan normadır. Çünki normada başqa qaydanın müəyyən edilməsinin yolverilməzliyinə dair hər hansı göstəriş mövcud deyildir. Buna görə də tərəflər müqavilədə yaxşılaşdırmaların hüquqi taleyi və onların dəyərinin ödənilməsi barədə xüsusi razılığa gəlmişlərsə, mübahisə həmin müqavilə şərtlərinə uyğun həll edilməlidir".
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://bizim.media
archiveBu xəbər 26 Noyabr 2026 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see444

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see355

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see353

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see323

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see323

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see310

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see309

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see309

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see303

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see297

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see293

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see284

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see279

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see268

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see264

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see258

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see258

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see250

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see249

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri