TRIPP lə bağlı bu sazişi təsdiqlədilər
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Ermənistan hökuməti ABŞ-nin “TRIPP Development Company” (TDC) şirkəti ilə birgə “TRIPP İnkişaf Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin yaradılmasına dair səhmdarlar sazişinin layihəsini təsdiqləyib.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin qərarında deyilir.
Qərara əsasən, ölkənin ərazi idarəetməsi və infrastruktur nazirinə hökumətin adından sözügedən sazişi imzalamaq səlahiyyəti verilib.
Qeyd edək ki, şirkət “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi çərçivəsində Ermənistanla ABŞ arasında strateji əməkdaşlığa dair çərçivə sazişinə uyğun olaraq yaradılır. Sənəd 2026-cı il iyunun 1-də Vaşinqtonda, iyunun 4-ü isə İrəvanda imzalanıb. Oktyabrın 28-i ratifikasiya edilmiş saziş noyabrın 11-də qüvvəyə minib.
Səhmdarlar sazişində tərəflərin səlahiyyətləri, qarşılıqlı münasibətləri və səhmlərlə təsdiqlənən hüquqların həyata keçirilməsinin xüsusiyyətləri öz əksini tapacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 26 Noyabr 2026 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















