Icma.az
close
up
RU
İspaniyada selə düşmüş minlərlə avtomobil Bakıya da gətirilə bilər...

İspaniyada selə düşmüş minlərlə avtomobil Bakıya da gətirilə bilər...

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Elməddin Muradlı: “Azərbaycanda elə bir qanun yoxdur ki, belə avtomobilləri kimsə sərhəddə yoxlasın, nöqsan aşkarlasa ölkəyə buraxmasın”

Avropa ölkələrinin bəzilərində, o cümlədən İspaniyada minlərlə avtomobil sel sularının altında qalıb, yüzlərlə ölən insan var. Sel suları altında qalmış və mühərrikləri korlanmış avtomobillərin təmirdən sonra başqa ölkələrə, o cümlədən Azərbaycan bazarına idxal olunması təhlükəsi var. 

Bu halda işbazların hərəkətə keçməsi gözləniləndir. Yəni müəyyən işbazların minbir oyunbazlıqla belə avtomobilləri Azərbaycana gətirə bilməsi istisna deyil. 

Bu təhlükənin qarşısını necə almaq olar?

“Çox təəssüf ki, işbazlar, alverçilər daha çox pul qazanmaq naminə belə əməllərə yol verirlər, bu cür hərəkətlər edirlər”

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı “Çox təəssüf ki, işbazlar, alverçilər daha çox pul qazanmaq naminə belə əməllərə yol verirlər, bu cür hərəkətlər edirlər. Belə maşınlar adətən ucuz qiymətə, dəyər-dəyməzinə satılır deyə onlar həmin maşınları alırlar və müəyyən kastinq dəyişiklikləri etməklə  gətirib Azərbaycanda baha qiymətə satırlar. Bu maşınları adətən Azərbaycana Avropa istehsalı olan avtomobillər kimi gətirirlər”-deyə bildirdi.

E.Muradlı qeyd etdi ki, belə maşınlar Azərbaycana əsasən Gürcüstan üzərindən gətirilir. “Bunun qarşısını almaq mümkün deyil, çünki Azərbaycanda elə bir qanun yoxdur ki, belə avtomobilləri kimsə sərhəddə yoxlasın, nöqsan aşkarlasa ölkəyə buraxmasın və sair. Ən yaxşısı elə alıcıların bu məsələdə diqqətli olmasıdır ki, ikinci əl avtomobil alarkən mütləq yoxlatdırsınlar. Həmin markanın, modelin burada servisi varsa mütləq o maşınları orada yoxlanışdan keçirsinlər ki, bu avtomobil konkret hansı ölkəyə məxsusdur, hansı ölkədən, nə vaxt  gətirilib. Müəyyən şübhələr yarandıqda, təbii ki, o maşınları almaya bilərlər”. 

E.Muradlı deyir ki, ölkəyə gətirilən avtomobilləri, nöqsan olmasın deyə, ciddi şəkildə yoxlamaq lazımdır. “Təsadüfi servislərdə bu cür nöqsanları üzə  çıxarmaq olmur. Ancaq düşünürəm ki, gələcəkdə xaricdən gətirilən avtomobillərin tam yoxlanılması prosedurunu qanunvericiliyə salmaq lazımdır ki, tör-töküntü maşınlar ölkəmizə daxil olmasın, Azərbaycanın parkı yenilənsin. Amma gətirilirsə də vinkod vasitəsilə yoxlamaq lazımdır. Maşın almazdan əvvəl dərindən düşünmək məsləhətdir”-deyə E. Muradlı bildirdi. 

(baki.xeber)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 06 Noyabr 2024 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see393

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see383

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see336

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see311

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see305

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see244

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see244

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see242

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see239

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see219

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see213

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see210

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see206

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see202

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see201

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see201

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see197

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see197

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see190

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri