İspaniyada zavodda partlayış: ölənlər və yaralılar var
Sitat.info saytına istinadən Icma.az xəbər verir.
İspaniyanın Alikante bölgəsində zavodda partlayış olub.
Sitat.info xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.
Bildirilib ki, binada qazan partlayıb, nəticədə 3 nəfər ölüb, 7-si isə yaralanıb. Partlayış nəticəsində binada dağıntılar olub, bir neçə nəfərin də dağıntılar altında qaldığı bildirilib.
Hadisə yerində xilasedicilər işləyir.

