Icma.az
close
up
RU
İspaniyalı məşhurun rəhbərlik etdiyi, son illərdə yüksəlişdə olan “Çelye”

İspaniyalı məşhurun rəhbərlik etdiyi, son illərdə yüksəlişdə olan “Çelye”

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Sabah” Avropa Liqasının I təsnifat mərhələsində Sloveniyanın “Çelye” komandası ilə qarşılaşacaq.

“Transfermarkt”da dəyəri 13,61 milyon avro olan komanda başa çatan mövsümdə Sloveniya çempionatını 61 xalla 4-cü sırada bitirib və Avropa Liqasına vəsiqə qazanıb. “Çelye” 4-cü olmasına baxmayaraq, liqanın ən çox qol vuran komandası olub. Sloveniyalılar 36 matçda 76 qol vurub, 51-ni buraxıb.

Məhsuldarlığı ilə seçilən komandanın bombardiri isə 10 qolla Svit Seslar və Armandas Kuçdur. Seslar 10 qolla yanaşı, eyni sayda məhsuldar ötürmə edib və komandasının 4-cülüyündə böyük pay sahibi olub. “10 nömrə” mövqeyində oynayan sloveniyalı futbolçu icarə əsasında “Eyüpspor”dan heyətə qatılıb və klub onun transfer hüquqlarını almazsa, Super Liqa təmsilçisinə qayıdacaq. Seslar həm də komandada mövsümün oyunçusu seçilib.

1919-cu ildə yaradılan komanda 2007-ci ildən “Çelye” adını daşıyır. Klub daha əvvəl “Kladivar Çelye” və “Publikum Çelye” adlarında fəaliyyət göstərib. Komanda ev oyunlarını 13 min 59 nəfərlik tutumu olan “Stadion Zdazele”də keçirir. “Çelye” 100 ildən çox yaşı olmasına baxmayaraq, cəmi 4 titulu var. Komandanın əsas uğurları son 10 ilə aiddir. Komanda 2019/20 və 2023/24 mövsümündə Sloveniya çempionu olub. 2004/2005 və 2024/25 mövsümündə isə ölkə kubokunun qalibi olub. “Çelye” də “Sabah” kimi ölkə kubokunun qalibi kimi Avropa Liqasına vəsiqə əldə edib.

“Çelye”ni məşhur ispaniyalı keçmiş futbolçu Albert Riera çalışdırır. O, 2024-cü ilin yayından Sloveniya təmsilçisinin sükanı arxasındadır. Komanda onun rəhbərliyi altında 57 oyunda 28 qol vurub, 16 dəfə uduzub. Rieranın rəhbərliyi altında hücum futbolu oynayan kollektiv bu görüşlərdə 126 qol vurub, 88-ni buraxıb.

“Çelye” “Sabah”dan fərqli olaraq daha zəngin Avropa təcrübəsinə sahibdir. Komanda buna qədər Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında mübarizə aparıb. Ən böyük uğurları isə ötən ilə təsadüf edir. “Çelye” Konfrans Liqasında 1/4 fnal mərhələsinə qədər irəliləməyi bacarıb. Liqa mərhələsini 21-ci sırada bitirən kollektiv pley-off mərhələsində Kiprin APOEL kollektivini sıradan çıxarıb. Daha sonra İsveçrə “Luqano”suna rəqib olan “Çelye” iki oyunun nəticəsindən sonra penaltilərdə rəqibini üstələyib. 1/4 finalda isə “Fiorentina” ilə qarşılaşan sloveniyalılar hər iki oyunda əzmkarlıq nümayiş etdirsə də, sonda “bənövşəyilər” bir top fərqiylə mərhələ adlayıb.

“Sabah” ilə “Çelye” arasında ilk oyun iyulun 10-da Bakıda olacaq. Cavab görüşü isə bir həftə sonra – 17 iyulda Sloveniyada keçiriləcək.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 17 İyun 2025 19:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see357

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see294

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see282

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see281

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see243

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see243

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see235

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see226

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see225

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see221

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see220

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see213

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see211

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see209

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see202

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see200

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see196

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see189

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see187

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri