Icma.az
close
up
RU
İsrail atəşkəsi pozmaqda ittiham olunur

İsrail atəşkəsi pozmaqda ittiham olunur

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

İsrail noyabrın 27-də Livanla imzalanmış atəşkəsi pozmaqda davam edir.

"Cebheinfo.az" xəbər verir ki, Livanla atəşkəsin elan edildiyi 27 noyabrdan bəri İsrail ordusunun törətdiyi pozuntuların sayı 301-ə yüksəlib və bu hücumlarda 33 nəfər ölüb, 37 nəfər yaralanıb.

Belə ki, İsrail ordusu Livanın şərqində Baalbek, cənubda Nəbatiyyədə Bint Cibeyl və müxtəlif bölgələri bombalamaq, evləri yandırmaq, döyüş təyyarələri və pilotsuz təyyarələr uçurmaq, atəş açmaq və s. kimi pozuntulara yol verib.

Paytaxt Beyrutun cənubunda “Hizbullah”ın qalası kimi tanınan Dahiyədə İsrail pilotsuz təyyarələrinin alçaqdan uçması müşahidə edilib.

İsrail döyüş təyyarələri Livanın şərqindəki Baalbek bölgəsindəki Tariya qəsəbə düzündə bir evi hədəfə alıb, lakin ölən və ya yaralananların olmadığı bildirilir.

Cənubdakı Nəbatiyyənin Bint Cibeyl bölgəsi, Marun er-Ras qəsəbəsində İsrail əsgərləri bir evi yandırıb və qəsəbədə orta və ağır silahlardan atəş açıblar.

İsrail döyüş təyyarələri və pilotsuz təyyarələri Livanın cənub-şərqində uçuşlar həyata keçirib. Livan Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü il oktyabrın 8-dən indiyədək 1106-sı qadın və uşaq, 222-si səhiyyə işçisi olmaqla, azı 4 min 61 nəfər ölüb, 16 min 661 nəfər yaralanıb.

İsrail Müdafiə Qüvvələri “Hizbullah”dan ələ keçirilən texnika, sursat vəsitələrinj sərgiləyib. Sentyabrın sonundan etibarən İsrail əsgərlərinin Cənubi Livanın 30-dan çox kəndində həyata keçirdiyi əməliyyatlar zamanı silah və texnikanın ələ keçirildiyi öyrənilib.

Sərgidə 6 min 840 RPG raket və tank əleyhinə raket, o cümlədən Rusiya istehsalı olan 340 Kornet, 9 min partlayıcı qurğu və qumbara, 2 min 250 idarə olunmayan raket və minaatan, snayper tüfəngləri də daxil olmaqla 2 min 700 hücum tüfəngi, eyni zamanda 2860 digər silah növləri və 60 zenit raketi nümayiş edilib.

Ordu həmçinin ələ keçirilən daha 20 avtomobili, 60 800 elektron avadanlığını, rabitə vasitələrini, kompüterləri, sənədlər və 300 müşahidə avadanlığını sərgiləyib.

Livan və İsrail arasında əldə olunan atəşkəs razılaşması noyabrın 27-də qüvvəyə minib.

Müqavilənin ikinci maddəsində qeyd edilib:

“Livan hökuməti “Hizbullah”ın və ya Livan ərazisində yerləşən bütün digər silahlı qrupların İsrailə qarşı hər hansı əməliyyat keçirməsinə mane olacaq və İsrail də mülki şəxslərə, hərbçilərə, dövlətə aid hədəflərə qurudan, dənizdən və ya havadan heç bir hərbi hücum etməyəcək".

Ləman İsmayıl
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Dekabr 2024 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see276

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see196

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see194

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see193

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see186

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see184

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see183

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see183

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see182

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see182

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see181

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see181

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see178

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see178

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see177

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see176

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see174

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see173

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see173

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri