Icma.az
close
up
RU
İsrail Azərbaycan münasibətləri genişlənir: Bakı və Təl Əviv arasında daha sıx əməkdaşlıq mühiti yaranacaq

İsrail Azərbaycan münasibətləri genişlənir: Bakı və Təl Əviv arasında daha sıx əməkdaşlıq mühiti yaranacaq

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan yaxın dostu və etibarlı tərəfdaşı olan İsrail ilə münasibətlərin genişlənməsinə xüsusi əhəmiyyət verir.

 Bunu Prezident İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqa ünvanaldığı təbrik məktubunda qeyd edib. Məktubda qeyd olunub ki, Azərbaycan ilə İsrail arasındakı ənənəvi dostluq münasibətləri, bir sıra mühüm sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə qarşıdakı dövrdə də yüksələn xətt üzrə inkişaf edəcək və daha da möhkəmlənəcəkdir. 


Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov Sherg.az-a vurğulayıb ki, Azərbaycanla İsrail arasında çox mehriban dostluq və əməkdaşlıq münasibətləri mövcuddur:


"Bunu cənab Prezident İlham Əliyevin İsrail dövlətinin başçısı İsaak Herzoqa ünvanladığı təbrik məktubunda görə bilərik. Digər tərəfdən isə bunun əyani göstəricisi İsrailin Baş naziri Benyamin Netanyahunun mayın ilk on günlüyündə Azərbaycana planlaşdırılan səfəridir. Hesab edirəm ki, bu səfər Azərbaycan və İsrail arasında münasibətlərin inkişafına töhfə verəcək. İsrail və Azərbaycan arasında siyasi, iqtisadi, ticari, enerji, humanitar, mədəni münasibətlər mövcuddur. Səfər çərçivəsində dövlətlərin və xalqların rifahı naminə bir sıra mühüm danışıqlar keçiriləcək. Azərbaycan və İsrail arasında olan münasibətlərdə hərbi, hərbi-texniki əməkdaşlıqlar da iktərəfli əlaqələrin mühüm sahəsini əhatə edir. Siyasi münasibətlərə gəlincə isə deyə bilərik ki, Azərbaycan həm də İsraildə öz səfirliyini açdı. Bununla paralel olaraq balans naminə və Fələstin dövlətinin haqları, beynəlxalq qüquq, BMT Təhlükəsiz Şurasının qətnamələri  və digər mühüm sənədlər nəzərə alınmaqla Ramallahda diplomatik nümayəndəlik də təsis olundu. Bu, Azərbaycanın balanslı siyasət həyata keçirməsinin  göstəricisi və beynəlxalq hüquqa hörmətin əlamətidir. Benyamin Netanyahunun Azərbaycanın səfəri zamanı aparlanan danışıqlar, əldə olunan razılaşmalar Bakı və Təl-Əviv arasında daha sıx əməkdaşlığa təşviq edəcək. Eyni zamanda Azərbaycan həm də İsrail-İran və İsrail-Türkiyə arasında vasitəçiliyi də həyata keçirdə bilər. Çünki İsrailin Baş nazirinin Azərbaycan səfərindən öncə İran prezidenti Məsud Pezeşkian Bakıda səfərdə oldu. Qarşıdakı günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da Azərbaycana səfəri gözlənilir. Bu xüsusda Suriya mövzusunda İsrail və Türkiyə arasında barışığın əldə olunması, bir sıra mexanizmlər üzrə razılaşmaların həyata keçirilməsi Azərbaycanın hesabına icra oluna bilər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 Aprel 2025 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see276

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see237

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see213

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see208

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see207

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see197

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see186

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see180

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see166

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see166

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see161

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see160

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see156

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see155

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see155

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see154

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see153

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see151

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see144

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri