İsrail Britaniya konsulluğunu bağladı: 20 diplomat ölkəni tərk edir
Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
İsrail işğal olunmuş Şərqi Qüdsdəki Britaniya Baş Konsulluğunun hazırkı formatda fəaliyyətini dayandırdığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, İsrailin xarici işlər naziri Gideon Saar danışıqların ardından Böyük Britaniya ilə razılıq əldə edildiyini bildirib.
Saarın sözlərinə görə, Baş Konsul da daxil olmaqla 20 britaniyalı diplomat İsraili tərk edəcək. Bununla yanaşı, yeddi diplomatdan ibarət heyətə Britaniyaya məxsus binada məhdud şəkildə fəaliyyət göstərməyə icazə veriləcək.
Bildirilib ki, səhər saatlarında konsulluq binasının üzərindəki “Britaniya Baş Konsulluğu” lövhəsi götürülüb.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:İsrail Şərqi Qüdsdəki Britaniya konsulluğunu bağlayacaq
08 Sentyabr 2026 19:51
Sorğu: Britaniya yəhudiləri ölkəni tərk etməyi düşünür
21 Dekabr 2025 23:36
İsrail 8 oktyabrda Şərqi Qüdsdəki Britaniya konsulluğunu bağlayacaq
08 Oktyabr 2026 09:44
İsrail hədələdi: Dərhal ölkəni tərk edin!
30 Dekabr 2025 22:40
İsrail bu ölkəni VURDU
07 İyul 2025 10:33
Baxış sayı:93
Bu xəbər 08 Oktyabr 2026 14:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















