İsrail Dəməşqdəki tədqiqat mərkəzini vurub
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
İsrail ordusu Suriyanın paytaxtı Dəməşqdə iranlı alimlərin raket hazırladığı iddia edilən tədqiqat mərkəzinə hava zərbələri endirib.
APA xəbər verir ki, bu barədə “Reuters” regional təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən məlumat yayıb.
Onlar bildiriblər ki, İsrail Dəməşqin Kəfər Susə məhəlləsindəki böyük təhlükəsizlik kompleksinə üç hava zərbəsi endirib.

İsrail Dəməşqdəki tədqiqat mərkəzini vurub
08 Dekabr 2024 20:48

