Icma.az
close
up
RU
İsrail əlaqələri niyə hədəfdədir? ŞƏRH

İsrail əlaqələri niyə hədəfdədir? ŞƏRH

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan-Türkiyə münasibətlərinə kölgə salmaq istəyən dairələr fiaskoya düçar olacaq


Son günlər Türkiyədə bəzi media orqanlarında, eləcə də bir qrup dini kəsimin nümayəndələri tərəfindən Azərbaycan-İsrail dostluq münasibətlərinə qeyri-obyektiv, qərəzli və sağlam olmayan mövqe sərgilənməsi təəssüf doğurur. Təbii ki, Azərbaycanla Türkiyə "bir millət, iki dövlət"dir və bu qardaşlığa heç bir qüvvə xələl gətirə bilməz. O səbəbdən ilk və son olmayan belə cəhdlər həmişə uğursuz olub və olacaq. Lakin İsrail-HƏMAS müharibəsindən sui-istifadə edərək Azərbaycana qarşı bəzi qüvvələrin qarayaxma kampaniyası aparması və bəzi dini kəsimi də buna alət etməsi məkrli planların tərkib hissəsi kimi qəbul edilməlidir. Burada radikal dini qrupların canfəşanlığı açıq görünür. Xüsusən, İrandan mayalanan "dindar" qruplaşmaların daha çox aktivliyi göz önündədir. Məlumdur ki, Tehran Bakını İsrailə neft satmaqda suçlayaraq Azərbaycanı İslam dünyasında gözdən salmağa çalışır. Guya Bakı nefti ilə İsrail tankları Fələstində müsəlmanlara qarşı faciələr törədirlər və s. Azərbaycan və Türkiyə dostluğunun düşmənləri müxtəlif fantaziyalar uydururlar. İstənilən halda qardaş Türkiyədə bəzi media qurumlarının ya bilərəkdən, ya da fərqində olmadan bu oyunların içində yer almaları üzücüdür. Dünya bazarına neft ixrac edən onlarla ölkə var, İsrail özünə lazım olan nefti başqa ölkələrdən də alır. Ötən il İsrail 117 ölkəyə məhsul ixrac edib, 192 ölkədən isə məhsul alıb. 2024-cü ildə İsrail məhsullarının ən çox ixrac edildiyi 15 ölkə arasında - ABŞ, Çin, Almaniya, İtaliya ilə yanaşı Türkiyə də var. İsrail bu ölkələrdən elektronika və kimyəvi məhsullar, dərman məhsulları, maşınqayırma avadanlıqları və elektronika məhsulları idxal edib. Azərbaycan isə İsrailin idxal və ixrac statistikasında ilk 15-likdə belə deyil. Bu da göstərir ki, Azərbaycan bəzi qruplar tərəfindən məqsədli şəkildə hədəf götürülür. Anlamırlar ki, Azərbaycan-Türkiyə arasında nifaq yaratmaq cəhdləri sadəcə bu iki ölkəyə qarşı deyil, bütövlükdə türk dünyasına yönəlik addımlardır. Ötən gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev də bu məsələyə toxunub və qeyd edib ki, Türkiyənin daxilində üçüncü dövlətlərə xidmət edən qüvvələr var. F.Şəfiyev bildirib ki, məhz həmin qüvvələr Azərbaycan-İsrail münasibətlərini qabardaraq Azərbaycan-Türkiyə münasibətlərini pozmağa çalışırlar: “Türkiyədə bəzi ekspert və siyasətçilər bu meyildən çıxış edirlər. Ona görə də biz türk birliyinə yönələn fikirlərə qarşı daha diqqətli olmalı və onların qarşısını vaxtında almaq üçün əməli addımlar atmalıyıq”. 

Nəzərə alaq ki, Azərbaycana qarşı Qərbin silah embarqosu və siyasi basqınlar zamanı İsrail birmənalı Azərbaycanın yanında olub. Digər tərəfdən Azərbaycan Fələstinə dəstəyini əsirgəməyib. Humanitar sahədə yardımlarını davam etdirib. Azərbaycan İsrail-Fələstin probleminin həllinin BMT Nizamnaməsinə uyğun və iki dövlət prinsipi üzərində görür. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Türkiyə mətbuatı və ictimaiyyəti ilə bağlı açıqlamaları da böyük maraqla qarşılanıb. Onun Azərbaycan-İsrail münasibətlərinin Türkiyə KİV-də fərqli yöndə dəyərləndirilməsinin Bakını məyus etdiyinə dair sözləri və haqlı etirazı ictimaiyyətdə təqdir edilib. H.Hacıyev Türkiyədə bəzi jurnalist dostlara və media nümayəndələrinə səslənib: "Yazırlar ki, Azərbaycan “sionist rejimini” dəstəkləyir, Azərbaycan Qəzzaya və Fələstinə qarşıdır. Ümumiyyətlə, belə şeyləri yazmaq qardaş ölkənin jurnalistlərinə yaraşmır. Hər şeydən öncə Azərbaycan 30 il işğaldan əziyyət çəkmiş bir dövlətdir və bu 30 ildə qardaş Türkiyədən başqa bizə heç kim dəstək vermədi. Bizə Avropada silah embarqosu tətbiq edildi, bu embarqo zamanı İsrail bizə silah satıb, biz bunu gizlətmirik və bundan qorxmuruq. İsrailin satdığı silahların isə pulunu verib almışıq. Lakin məsələ yalnız silah deyil. Azərbaycan türk ənənələrinə uyğun olaraq Osmanlıda olduğu kimi hər zaman zülm görən xalqlara qarşı öz evini açıb, onlarla öz çörəyini bölüşüb. Sovetlər dağıldıqdan sonra yəhudilərin bir qismi İsrailə getdilər və Azərbaycan ilə İsrail arasında bir könül bağı qurdular, bizim həqiqətlərə hər zaman dəstək oldular”.


Siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan-İsrail münasibətləri üzərindən Azərbaycan-Türkiyə münasibətlərinə kölgə salmaq, xələl gətirmək cəhdləri mövcuddur. Professor vurğulayıb ki, Azərbaycan-Türkiyə münasibətlərinin xarakteri bir çox dairələri narahat etməkdədir: 


"Azərbaycan və Türkiyənin hazırkı əməkdaşlıq, siyasi münasibətlər səviyyəsi çox təsirli amil rolunda çıxış edir. Məhz bu münasibətləri zədələmək məqsədilə İsraillə əməkdaşlıq məsələsi qərəzli şəkildə gündəmə gətirilir. Ancaq bunlar bəri başdan fiaskoya düçar olmağa məhkum təşəbbüslərdir. Hər şeydən öncə Azərbaycanla Türkiyə arasında münasibətlər hansısa kənar təsirlər altında fərqli məcraya yönələ bilməz. Şuşa Bəyannaməsi ilə iki ölkə arasında münasibətlər müttəfiqlik səviyyəsinə yüksəlib. Ayrıca olaraq Türkiyə rəsmiləri çox aydın bilirlər ki, Azərbaycan dünyanın bir çox ölkəsi ilə müxtəlif xarakterli əməkdaşlıq qurmaqda müstəqildir, sərbəstdir. Bu baxımdan Azərbaycanla Türkiyə arasında əlaqələr səmimi dostluq, qardaşlıq prinsiplərinə söykənir. Rəsmi münasibətlər ən yüksək səviyyədədir. Müəyyən dairələrdə fərqli yanaşmaların olması mümkündür. Amma bunun təsir imkanları yoxdur".


E.Mirbəşiroğlu vurğulayıb ki, Azərbaycan xarici siyasətinin ana prinsipi dünya ölkələri ilə bərabərhüquqlu, qarşılıqlı maraqların nəzərə alınması, bir-birinin daxili işinə qarışılmaması əsasında əlaqələrin qurulmasıdır: 

"Azərbaycan və İsrail arasında münasibətlər daim inkişaf yolunda olub. Nəzərə alaq ki, Azərbaycan ərazisində tarixən yəhudilər azərbaycanlılarla birgə dinc, sakit yaşayıblar. Buradan İsrailə köç edən yəhudilər də Azərbaycanı öz vətənləri hesab edirlər. Bakı-Təl-Əviv münasibətlərinin inkişafında, dostluq münasibətlərinin qurulmasında həmin yəhudilər də mühüm rol oynayırlar. Ölkələrimizi zəngin tarixi bağlar bağlayır. Azərbaycan hər zaman özünün ərazi bütövlüyü məsələsində İsraildən tam dəstək görüb. Dövlətimizin, xalqımızın ən taleyüklü məsələlərində qardaş Türkiyə ilə bərabər İsrail yanımızda olub, siyasi, mənəvi dəstəyini əsirgəməyib. İki ölkə arasında hərbi-texniki sahədə də sıx əməkdaşlıq mövcuddur. Yəni Azərbaycan öz maraqları çərçivəsində dünyanın müxtəlif ölkələri ilə əlaqələr qurmaqda sərbəstdir. Bizim bir ölkə ilə əməkdaşlığımız, müttəfiqliyimiz hansısa üçüncü tərəfə yönəlməyib". 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 İyun 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see250

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see228

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see211

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see203

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see189

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see178

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see164

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see162

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see155

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see147

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see145

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see140

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see139

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see138

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see137

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri