Icma.az
close
up
RU
İsrail hakerləri İranın nəhəng kriptobirjasına hücum edib

İsrail hakerləri İranın nəhəng kriptobirjasına hücum edib

Azvision saytından alınan məlumata görə, Icma.az bildirir.

AzVision.az bildirir ki, genişmiqyaslı hücum haqqında ilk məlumatı verən ZachXBT kriptoanalitikinin sözlərinə görə, “Tron” şəbəkəsindəki “Nobitex”in qaynar pul kisələrindən 48,5 milyon dollar çıxarılıb. Həmçiin, bitkoinlərdə, “Dogecoin” və digər tokenlərdə olan vəsaitlər də oğurlanıb.
Oğurlanan vəsaitlər təxribat xarakterli imzalarla dörd ünvana göndərilib. Pul kisələrindən birinin açıq açarının əvvəlində Fuck IRGC Terrorists NoBitex (TKFuckiRGCTerroristsNoBiTEXy2r7mNX) ifadəsi şifrələnib.
Bu cür ünvanlar boş ünvan generatorlarından - ümumi ünvan verilmiş simvol ardıcıllığı ilə başlayana qədər xüsusi açarı təxmin etməyə çalışan proqramlardan istifadə olunmaqla yaradılır.
“Nobitex” tezliklə onun qaynar cib kisələrinə və bildiriş sisteminə girişin pozulduğunu təsdiqləyib. Bütün şübhəli əməliyyatlar dayandırılıb və faktla bağlı daxili araşdırma aparılır.
“İstifadəçilərin soyuq pul kisələrindəki vəsaitlərə ziyan dəyməyib, itkilər sığorta fondu və şirkətin ehtiyatları hesabına ödəniləcək. Sayt və proqram müvəqqəti olaraq əlçatan deyil”, - birjanın verdiyi açıqlamada deyilir.
Oğurluğa görə məsuliyyəti öz üzərinə götürən “Gonjeshke Darande (Yırtıcı Sərçə)” haker qrupu “X” sosial şəbəkəsində yaydığı paylaşımda “Nobitex” kriptobirjasını “İran rejimi üçün terrorizmi maliyyələşdirmək və sanksiyalardan yayınmaq üçün əsas vasitə” adlandıraraq, 24 saat ərzində daxili məlumatları və birjanın mənbə kodunu dərc edəcəyinə söz verib.
Xatırladaq ki, “Nobitex” 2017-ci ildə yaradılıb. “İrancrypto.market” aqreqatorunun məlumatına görə, onun gündəlik ticarət həcmi 7 kvadrilyon İran rialından (168 milyon dollar) çoxdur və bunun da, demək olar ki, yarısı “Bitcoin” ilə müştərək paya bərabərdir.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://azvision.az
archiveBu xəbər 18 İyun 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see314

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see311

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see301

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see271

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see267

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see259

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see253

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see250

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see247

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see239

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see222

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see221

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see220

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see219

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see217

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see208

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see201

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri