İsrail HAMAS ın Xan Yunisdəki hərbi qanadının komandirini öldürüb
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İsrail Müdafiə Ordusu (IDF) Qəzza zolağının cənubuna endirdiyi zərbə nəticəsində radikal HAMAS hərəkatının Xan-Yunis bölgəsindəki hərbi qanadının komandiri İsmayıl İbrahim Barimi öldürüb.
APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, öldürülən şəxs Qəzza zolağının cənubundakı tuneldə üç israilli girovun qaçırılması və saxlanılmasında iştirak edib.
“Zərbə təhlükənin aradan qaldırılması məqsədilə endirilib”, – deyə hərbi qurumdan bildirilib.
İsrail Müdafiə Ordusu “birbaşa təhlükənin aradan qaldırılması məqsədilə fəaliyyətini davam etdirəcəyini” açıqlayıb.
Bu mövzuda digər xəbərlər:HƏMAS ın Xan Yunisdəki komandiri öldürüldü
09 İyul 2026 19:15
İsrail HƏMAS ın batalyon komandirini öldürüb
19 İyul 2025 08:38
İsrail Xan Yunisdəki humanitar zonada HƏMAS komandirlərinin məhv edildiyini açıqlayıb
05 Dekabr 2024 08:42
İsrail “Hizbullah”ın Livandakı hərbi kompleksinin komandirini öldürüb
22 Aprel 2025 22:37
Baxış sayı:144
Bu xəbər 27 Avqust 2026 20:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















