İsrail Xan Yunisdəki humanitar zonada HƏMAS komandirlərinin məhv edildiyini açıqlayıb
Icma.az, Bizimyol portalına istinadən məlumat verir.
Bizimyol.info xəbər verir ki, bu barədə İsrail hökumətinin Fələstin Ərazilərindəki Fəaliyyətlərinin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb.
“Həmas humanitar zonadan terror fəaliyyətləri üçün istifadə etməyə davam edir. Bu gün İsrail Müdafiə Qüvvələri Xan Yunis humanitar zonasında terror fəaliyyəti həyata keçirən yüksək vəzifəli Həmas terrorçularını məhv edib. İkinci dərəcəli partlayışlar müəyyən edilib ki, bu da ərazidə silahların olmasını ehtimal edir”, - deyə bəyanatda qeyd olunub.
İsrail hökumətinin Fələstin Ərazilərindəki Fəaliyyətlərinin Əlaqələndirilməsi İdarəsi qeyd edib ki, İsrail hərbçiləri mülki şəxslərə zərər vurma riskini azaltmaq üçün bir sıra tədbirlər, o cümlədən dəqiq idarə olunan hərbi sursatlardan istifadə və hava kəşfiyyatı həyata keçirib.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 05 Dekabr 2024 08:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















