Icma.az
close
up
RU
İsrail HƏMAS atəşkəs danışıqları: Regional güc balansı dəyişirmi?

İsrail HƏMAS atəşkəs danışıqları: Regional güc balansı dəyişirmi?

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

İsrail və HƏMAS arasında ABŞ vasitəçiliyi ilə aparılan atəşkəs danışıqları humanitar böhranın kritik həddə çatdığı bir dövrdə baş verir. Müharibənin yaratdığı kütləvi itkilər, infrastrukturun dağılması və mülki əhalinin təhlükəsizliyə çıxışının məhdudlaşması beynəlxalq ictimaiyyətin təzyiqini daha da artırıb.

Prosesə Qətər və Misir kimi regionun təsirli oyunçularının aktiv qoşulması isə diplomatik dinamikanı sürətləndirir.

Bu danışıqların uğurla nəticələnməsi yalnız humanitar fasilə yaratmaqla kifayətlənməyəcək, eyni zamanda Yaxın Şərqdə mövcud güc balansının gələcək konturlarını müəyyən edə bilər.

Atəşkəsin əldə olunması regional güc balansına necə təsir göstərəcək?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a şərh verən politoloq Tural İrfan deyib ki, İsrail və HƏMAS arasında atəşkəsə nail olunması bölgədə sabitliyin yaradılmasına töhfə verəcək: 

"Eyni zamanda regionda Türkiyənin üstünlük etməsi və balansın dəyişməsi aktuallaşacaq. Habelə İranın Yaxın Şərqdəki rolunu azaldacaq. Eyni zamanda proksi qüvvələrinin roluna təsir edəcək ki, sülh prosesi artıq onların fəaliyyətini məhdudlaşdıracaq".

Tural İrfan: Atəşkəsin əldə olunması Türkiyə və İsrail arasındakı gərginliyi də azalda bilər

Onun sözlərinə görə, Qətər, Misir və Türkiyənin rolu İsrail - HƏMAS danışıqlarında mühümdür: 

"Atəşkəsin əldə olunması Türkiyə və İsrail arasındakı gərginliyi də azalda bilər. Eyni zamanda İran-ABŞ arasındakı müharibə ehtimalını azalda bilər. İsrail ilə HƏMAS arasında təcili və təxirəsalınmaz danışıqlar aparılıb atəşkəsin əldə olunmasına nail olunarsa ümumiyyətlə regiondakı durumun stabilləşməsi ilə yanaşı həm də region ölkələri arasında da normal münasibətlər davam edər".

Həmsöhbətimiz söyləyib ki, hər halda Yaxın Şərqdəki vəziyyətin nizama salınması beynəlxalq təşkilatları da hərəkətə keçirməlidir. Amma onların bu məsələdə ciddi rol almaması danışıqların nəticəsiz, atəşkəsin kövrək ola biləcəyi ehtimalını gücləndirir.

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 19 Fevral 2026 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri