Icma.az
close
up
RU
Qafqazda regional güc balansı dəyişirmi?

Qafqazda regional güc balansı dəyişirmi?

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bizim mövqeyimiz həmişə şiddətə qarşı olub. 

İstər regionumuzda, istərsə də dünyada sabitlik və əmin amanlıq tərəfdarı olub, hər zaman bu mövqedə çıxış etmişik. Lakin son günlər regionda baş verən qarşıdurmalar nəticəsində günahsız insanların dünyasını dəyişməsi üzücü haldır. Həyatını itirənlərə Allahdan rəhmət diləyirik.

Biz Azərbaycan Respublikasının rəsmi mövqeyini tam dəstəkləyirik və bu mövqeyi bütün beynəlxalq platformalarda qətiyyətlə müdafiə edirik. Lakin ABŞ–İsrail–İran toqquşması və onun nəticələri təkcə Qafqazda deyil, dünyada da tarixin ən böyük hadisələri sırasına daxil edilə bilər. 

Nəzərə alsaq ki, İran məsələsi təkcə regional deyil, həm də qlobal faktordur, bu proses beynəlxalq diqqət mərkəzindədir. İranda toqquşan güc aktorlarını nəzərə alsaq, bu hadisə dünya tarixinin önəmli mərhələlərindən biri kimi yaddaşımıza həkk olunur. ABŞ–İsrail–İran toqquşmasının miqyası böyük tarixi əhəmiyyət daşıyır. 

Bir dövlətin ali rəhbərinin öldürülməsi çox nadir hadisələrdəndir. Buna görə bu gün baş verən proses diplomatik, hərbi və siyasi zəncirvari reaksiyalara səbəb olub. Lakin hələlik bu reaksiyalar güc aktorları tərəfindən, İran üzərində maraqlarını həyata keçirmək istəyən qüvvələr tərəfindən minimum səviyyədə qiymətləndirilir. 

Zəncirvari formada deyə bilərik ki, bu proses bütün dünyanın ərazisindən keçir. Hadisənin qlobal geosiyasətə təsiri olduqca böyükdür və bir çox beynəlxalq təşkilatlar tərəfindən müzakirə olunur, BMT  təhlükəsizlik şuraları iclaslar çağırır.Bəs bu baş verənlər hadisələrin mahiyyətini dəyişdirəcək və ya geri qaytaracaqmı? Xeyr! olan olub, artıq geri qaytarmaq mümkün deyil.

 Hazırda görürük ki, lokal reaksiyalara baxmayaraq, ciddi addımlar tələb edən hadisələr əvvəldən baş verməzdən əvvəl bəzi dövlətlər və şəxslər o gün üçün verdikləri ciddi bəyanatları bu gün qeyri-ciddi şəkildə təqdim edirlər. 

Hazırkı vəziyyət isə regional gərginliyin artdığını göstərir. İran qisas bayraqlarını qaldırıb, yaxın Şərq və Körfəz ölkələri səmasında barıt qoxusu və alovları şiddətlənir. Demək olar ki, yaxın Şərq son illərin ən siyasi və hərbi böhranını yaşayır. 

Bölgədə stabillik risk altındadır və milyonlarla insanın həyatı təhlükədədir. Qarşıdurma daha da genişlənərsə, bu, müasir dünyanın ən ciddi siyasi böhranlarından birinə çevrilə bilər. 

Lakin onu da qeyd edək ki, 2026-cı ili böhranlara son, münaqişələrə son və yeni dünya nizamının tələblərinə uyğunlaşmaq istəməyən güclərin bitirilməsi ili kimi qiymətləndirsək, baş verən hadisələri tarixi dönüş nöqtəsi kimi qiymətləndirmək olar. 

İranın müdafiəsinin təşkili demək olar ki, fiaskoya uğradı. Bunun bir çox səbəbi olsa da, əsas səbəblərdən biri İran dövlətinin birbaşa müttəfiq və strateji tərəfdarlıqdan imtina edərək “proxiy” şəbəkəsi ilə işləməsi faktorudur.

Mənim fikrimcə, İran müdafiə strategiyasını düzgün qura bilmədi. Kimin sözü olduğu dəqiq yadımda deyil, amma yanılmıramsa, Alexandre Dumas belə bir ifadə işlətmişdi: 

“Günahkarı tapmaq istəyirsənsə, əvvəlcə edilən günahın kimə xeyir verdiyinə bax.” Bu ifadə bu gün bir çox mətləblərdən  xəbər verir. Qlobal iqtisadi şok yaransın deyə, dünyada hazırki hadisələr dəyişəcəkmi? 

Təbii ki, bu gün sürətlə inkişaf edən müasir texnologiyalar dövründə, texnoloji üstünlüyü əldə edənlər texnoloji müharibədə qalib gələcəklər. Yeni dünya yeniliklərlə dolu gəlir.

Dəyərli soydaşlar, Azərbaycan dövlətinin müdafiə strategiyasını yazanlar bugünün reallıqlarına uyğun olaraq qlobal təhlükələri, iqtisadiyyat və diplomatiya ilə yanaşı, dövlətin mövcudluq amilini də nəzərə alıblar.

Siyasi liderimiz, cənab İlham Əliyev, milli maraqları, dövlətçilik prinsiplərini nəzər alaraq bugünün siyasi şəraitinə uyğun planlar hazırlayıb və mümkün olan hər şeyi edib. Hadisələri diqqətlə analiz etsək, diplomatik müdrikliyimiz və deterrensiya siyasətini əsəsas prinsiplərə çeviririk. Hər şey Azərbaycan və dövlət üçündür.

Ramil Hüseynov

"Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Mart 2026 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see256

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see248

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see240

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see236

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see234

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see230

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see224

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see218

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see217

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see216

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see205

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see203

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see200

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see200

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see200

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see199

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see198

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see197

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see194

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri