İsrail HƏMAS komandirini zərərsizləşdirdi
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının şimalına hava zərbəsi endirərək HƏMAS hərəkatının hərbi qanadının komandirlərindən birini hədəf alıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, hədəfə alınan şəxs Qəzza zolağında fəaliyyət göstərən İsrail hərbçilərinə qarşı hücumlar planlaşdırırmış:
“Hərbçilərimizə yönəlmiş təhlükəni aradan qaldırmaq məqsədilə həmin şəxsə qarşı aviazərbə endirilib. Əməliyyat zamanı mülki əhaliyə dəyə biləcək ziyanı minimuma endirmək üçün öncədən lazımi tədbirlər görülüb və yüksək dəqiqlikli döyüş sursatlarından istifadə olunub”.
Bundan əvvəl İsrail Baş nazirinin müşaviri Dmitri Qendelman bəyan etmişdi ki, İsrail Qəzza zolağında müharibəni başa vurmaq üçün ötən ilin avqustunda təsdiqlənmiş “beş prinsip”in icrasına nail olmaqda qərarlıdır.
Xatırladaq ki, İsrailin Baş naziri Benyamin Netanyahuda hökumətin iclasında İsrailin Qəzza zolağı ilə bağlı Sülh Şurasının planını rədd etdiyini və HƏMAS tamamilə silahsızlaşdırılmayana qədər qoşunlarını Fələstin anklavından çıxarmayacağını bildirmişdi.
Baxış sayı:76
Bu xəbər 12 Avqust 2026 22:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















