Icma.az
close
up
RU
İsrail HƏMAS razılaşmasında ziddiyyətli məqamlar

İsrail HƏMAS razılaşmasında ziddiyyətli məqamlar

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

Əli Zülfüqaroğlu: “Bundan sonra İsrail hökumətində hansı düşüncənin olacağı Yaxın Şərqin gələcəyini müəyyən edəcək”

“Reallıq ondan ibarətdir ki, İsrail və HƏMAS bir-birinin şərtləri ilə razılaşmır”.

Bunu Yenicag.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, politoloq Əli Zülfüqaroğlu İsrail və HƏMAS arasında bağlanan ortaq sülh razılaşmasını şərh edərkən deyib.

O qeyd edib ki, razılaşmada bir sıra qeyri-müəyyən məqamlar mövcüddur: “Əslində Misirdə baş tutan görüş İsraillə HƏMAS arasında sülh istiqamətində müzakirələrin başlanmasıdır. Ona görə ki, burda Trampın irəli sürdüyü razılaşmanın bəndlərində bir sıra qeyri-müəyyən məsələlər var. Bu da onu deməyə əsas verir ki, sülh razılaşması strateji deyil, taktiki xarakter daşıyır. Bəndlərin birində göstərilir ki, Tramp Suriyaya ərazisi olan Qolan təpələri, İordan çayının qərb sahili və Qüdsdə İsrailin süverenliyini tam olaraq tanıyır. Misirdəki görüşün keçirilməsinə razı olan Fələstin, Misir, Türkiyə və digər İslam ölkələri bunu birmənalı olaraq qəbul etmir. Türkiyənin və digər ölkələrin mövqeyi ondan ibarətdir ki, Şərqi Qüds paytaxt olmaq şərtilə müstəqil Fələstin dövləti yaradılmalıdır. Razılaşma mətnində Fələstin dövlətinin yaradılması ilə bağlı hər hansı müddəa yoxdur və ya “Fələstin tərəfindən islahatlar uğurla aparılandan sonra Qəzza idarəetməsi Fələstinə verilə bilər",-qeydi yer alır. Bu islahatların uğurla aparılması hansı təşkilat tərəfindən və hansı kriteriyalarla qiymətləndiriləcək, məlum deyil. Digər tərəfdən Qəzzada infrastrukturun bərpası və ümumi razılaşmanın əldə olunması uzun proses vəd edir, bu da Fələstin dövlətinin yaradılmasını əngəlləyən başlıca amillərdən biridir. Netanyahu hakimiyyətdə olduğu zaman mümkün deyil ki, Fələstin dövləti yaransın və eyni zamanda qalıcı sülh əldə olunsun”.

“HƏMAS”ın razılaşmada İsrail ordusunun tam bölgədən çıxmasını istəməsi qarşı tərəfin mövqeyi ilə üst-üstə düşmədiyini qeyd edən politoloq sözünü belə davam edib: “HƏMAS”ın mövqeyi İsrail ordusunun Qəzzadan tam çıxarılmasıdır, amma razılaşmada qeyd olunur ki, İsrail ordusu müəyyən olunmuş əraziyə çəkilməlidir. Onlar bundan imtina etsələr də, Türkiyənin HƏMAS-ı buna razılaşdırma istiqamətində rolu olduqca önəm daşıyır. Hesab edirəm ki, Türkiyə Fələstin dövlətinin yaranmasının konkret müddəalarla qeyd edilmədiyi sülh mətninə ona görə imza atdı ki, İsrail bundan sonra qarşı tərəfin əlində olan girovları bəhanə edərək, beynəlxalq dəstək imkanı qazana bilməsin. Eyni zamanda Tramp İsrailin şərtlərini ona görə nəzərə aldı ki, Fələstin dövlətinin yaranması ABŞ prezidentinin irəli sürdüyü bəndlərdə konkret müddəalara əlavə olunsaydı, o zaman İsrail bu razılaşmaya getməyəcəkdi. Bütün bunlar taktiki yanaşmanın olduğunu göstərir. Hesab edirəm ki, Türkiyənin planı ondan ibarətdir ki, razılaşmanın ilk bəndində yer alan atəşkəs elan edilib, 72 saat müddətində girovlar azad olunsun və humanitar yardım dərhal Qəzzaya çatdırılsın. Bununla da müsakirələrə yol açılsın. Bundan sonra daha çox diplomatik mübarizənin başlamasına şahid olacağıq. HƏMAS isə silahları İsrailin dediyi qaydada təhvil verməyəcəyini bəyan edib”.

“Prosesdə əsas rol alan Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan özü də konkret olaraq bildirdi ki, Qəzzanın təhlükəsizliyi və idarəsi birmənalı olaraq Fələstinə verilməlidir”, – deyən Ə. Zülfüqaroğlu Netanyahu hakimiyyətdə qaldığı müddətdə bu problemin kökündən həll edilməyəcəyini düşünür: “Bütün bu planlar düşünürəm ki, ABŞ və Türkiyə tərəfindən Netanyahunun hakimiyyətdən getməsinə hesablanıb. Problemin dərinləşməsinə və həll edilməməsinə əsas səbəb sionizm ideologiyası və onu hazırda İsrail siyasi səhnəsində təmsil edən Netanyahu hökumətidir. Artıq İsrail koalisiyasında atəşkəslə bağlı ziddiyyətin yarandığını (təhlükəsizlik və maliyyə nazirləri atəşkəsə qəti etiraz edir), daxili etirazların artacağını nəzərə alsaq, o zaman İsrail hökumətinin ömrünün sona çatdığını deyə bilərik. Bundan sonra İsrail hökumətində hansı düşüncənin olacağı ilk növbədə İsrailin özünün, eyni zamanda Fələstin və Yaxın Şərqin gələcəyini müəyyən edəcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:279
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 15 Oktyabr 2025 23:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see309

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see309

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see306

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see302

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see280

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see279

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see277

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see260

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see252

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see250

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see238

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see236

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see234

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see224

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see216

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see216

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see210

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri