İsrail hərbçiləri ilə fələstinlilər arasında gərginlik Ölən və yaralananlar var
Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İsrail ordusu rəsmən Fələstin ərazisi sayılan İordan çayının Qərb sahilində qan töküb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu gün səhər Qalqilyanın şərqində yerləşən Azzun şəhərinin əsas girişində yerləşən İsrail əsgərləri Qalqilya-Nablus yolunda hərəkət edən bir nəqliyyat vasitəsinə atəş açıblar.
Fələstin Qırmızı Aypara Cəmiyyətindən bildirilib ki, nəticədə bir fələstinli mülki şəxs hadisə yerində ölüb, iki nəfər isə yaralanıb: "Yaralılardan birinin vəziyyət ağırdır".
Məlumata görə, İsrail əsgərləri Ceninin qərbində yerləşən Berkin şəhərinə basqın zamanı da fələstinlilərə atəş açıblar: "Bu hadisədə isə 12 yaşlı bir oğlan dizindən güllə yarası alıb".
Tahir Şəlvəli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 08 Dekabr 2025 13:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















