Icma.az
close
up
RU
İsrail hökuməti müharibənin başa çatmasında maraqlı deyil AÇIQLAMA

İsrail hökuməti müharibənin başa çatmasında maraqlı deyil AÇIQLAMA

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"ABŞ ilə İran arasında 7 iyuldan etibarən atəşkəs rejiminin yenidən pozulması tərəflər arasında imzalanmış memorandumun faktiki olaraq qüvvəsini itirdiyini göstərir. Hazırda hər iki tərəf bir-birini ittiham edir. ABŞ İranı Hörmüz boğazından keçən gəmilərə hücum etməkdə günahlandırır, İran isə əksinə, Vaşinqtonu razılaşmaları pozmaqda ittiham edir. Eyni zamanda informasiya müharibəsi də davam edir və tərəflər hadisələri öz maraqlarına uyğun şəkildə təqdim edirlər".

Bu barədə Redaktor.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev bildirdi. O vurğuladı ki, ABŞ Prezidenti Donald Trampın Ankarada səsləndirdiyi son bəyanatlar da gərginliyi daha da artırıb:

"O, İran rəhbərliyini sərt şəkildə tənqid edib və bu, münasibətlərin normallaşması ehtimalını daha da zəiflədib. Mövcud vəziyyət göstərir ki, tərəflərin memorandum çərçivəsində ortaq məxrəcə gəlməsi mümkün olmayıb. Bunun əsas səbəbi memorandumun 14 bəndi üzrə ciddi fikir ayrılıqlarının qalmasıdır. ABŞ nüvə proqramı məsələsinin artıq həll olunduğunu iddia etdiyi halda, İran nüvə məsələsinin ümumiyyətlə müzakirə predmeti olmadığını bildirir. Donmuş İran aktivlərinin taleyi, eləcə də Hörmüz boğazından keçən gəmilərdən ödəniş alınması kimi məsələlərdə də tərəflərin mövqeləri tamamilə ziddiyyət təşkil edir. İran boğazdan istifadə edən gəmilərin ödəniş etməli olduğunu bəyan edir, ABŞ isə bunu qəbuledilməz hesab edir. Memorandumun icrası üçün müəyyən edilmiş 60 günlük müddət də məhz bu fikir ayrılıqlarının aradan qaldırılmasına hesablanmışdı. Lakin proses nəticəsiz başa çatdı. Münaqişənin uzanmasında İsrail amili də mühüm rol oynayır. Xüsusilə Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi hökumətin müharibənin başa çatmasında maraqlı olmadığı görünür. İsrail Livandan qoşunlarını çıxarmayıb, Qəzza və Livanda hərbi əməliyyatları davam etdirir. İran da bunu memorandumun ruhuna zidd addım kimi qiymətləndirir. Netanyahu hökuməti üçün müharibənin davam etməsi siyasi baxımdan daha sərfəlidir. Çünki müharibənin bitməsi İsrail daxilində hakimiyyət üçün ciddi siyasi risklər yarada bilər".

Onun sözlərinə görə, bütün bunlar göstərir ki, tərəflər arasında razılaşdırıla bilməyən məsələlər razılaşdırılan məqamlardan daha çoxdur.

"Belə şəraitdə yaxın zamanda davamlı sülhün əldə olunacağına inanmaq çətindir. Müharibənin nə vaxt başa çatacağını isə hazırda heç kim dəqiq proqnozlaşdıra bilmir. Nə Donald Tramp, nə İran rəhbərliyi, nə də Çin, Rusiya, Türkiyə və digər regional oyunçular prosesin hansı mərhələdə yekunlaşacağını əvvəlcədən deyə bilirlər. Çünki həm ABŞ, həm də İran rəhbərliyi istənilən vaxt gözlənilməz qərarlar qəbul edə və yeni addımlar ata bilər. Yaxın dövrdə yalnız müvəqqəti atəşkəs və ya qısamüddətli fasilələrin mümkünlüyü istisna deyil. Donald Tramp İranın yenidən danışıqlar masasına qayıtmaq istədiyini bildirsə də, İran rəsmilərinin, o cümlədən parlament sədri Məhəmməd Baqir Qalibafın və SEPAH nümayəndələrinin açıqlamaları bunun əksini göstərir. Tehran bildirir ki, milli maraqları təmin olunmadan ABŞ ilə heç bir danışıq aparılmayacaq. Hörmüz boğazının açılması məsələsi də İranın tələblərinin yerinə yetirilməsindən asılı şərt kimi irəli sürülür. ABŞ-də qarşıdan gələn seçkilər də prosesə təsirsiz qalmaya bilər. Seçkiqabağı dövrdə Vaşinqton müvəqqəti atəşkəsə üstünlük verə, İran isə bundan qüvvələrini bərpa etmək üçün istifadə edə bilər. Buna baxmayaraq, hazırkı şəraitdə ABŞ ilə İran arasında, xüsusilə Donald Tramp administrasiyası dövründə yaxın zamanda hərtərəfli sülh sazişinin imzalanacağı inandırıcı görünmür", - deyə Şakir Ağayev yekunlaşdırdı.

NURİYYƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 09 İyul 2026 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri