Icma.az
close
up
RU
İsrail İran gərginliyi yenidən ALOVLANIR Yaxın Şərq növbəti savaşın ASTANASINDA

İsrail İran gərginliyi yenidən ALOVLANIR Yaxın Şərq növbəti savaşın ASTANASINDA

Icma.az, Bizim media saytına istinadən bildirir.

İran yenidən sürətlə silahlanmaqda davam edir. Qərb kəşfiyyatının məlumatlarına görə, 12 günlük müharibədən 4 ay keçdiyi bir dövrdə Tehran özünün hərbi-sənaye potensialını yenidən aktiv şəkildə bərpa edir.
Savaş hazırlıqları sürətlənir
Belə ki, mətbuatın yazdığına görə, Çindən İrana ballistik raketlər üçün bərk yanacaq istehsalında istifadə olunan əsas kimyəvi komponent kimi natrium perxloratın ixracı kəskin artıb. Təkcə sentyabr-oktyabr ayı ərzidə İrana Çindən 2 tona qədər natrium perxlorat gətirilib.
 

MÖVZU İLƏ BAĞLI:
İsraildə etirazlar başladı, ölkə bayrağı yandırıldı - VİDEO


Nüvə silahı üzrə amerikalı ekspert Ceffri Lyuisin qiymətləndirməsinə görə, sözügedən həcm 500 ədəd balistik raket istehsal etməyə kifayət edir.
İsrail artıq Pekinə diplomatik siqnallar göndərərək İrana ikili təyinatlı maddələrin ixracının davam etməsindən narazılığını bildirib. Çin isə bu təchizatın beynəlxalq hüquqa zidd olmadığını iddia edib.
İsrailli ekspertlər isə birbaşa sübutlar olmasa da, hesab edirlər ki, İranın raket potensialını bərpa etməsi nüvə obyektlərində gizli işlərlə müşayiət olunur.
Beləliklə görünən odur ki, Tehranın öz hərbi arsenalını artırmaq siyasətindən hələ də imtina etməyib.
Qəzzada müvəqqəti atəşkəsdən sonra İsrail də ABŞ-ın dəstəyi ilə oxşar hazırlıqları davam etdirir.
Bütün bunlar 12 günlük müharibədən sonra belə gərgiliyin səngimədiyinə işarədir. Əksinə, görünən odur ki, tərəflər arasında qarşıdurma yeni müstəvidə qızışa bilər.
İranla İsrail arasında növbəti qarşıdurma qaçılmazdırmı?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Milli Məclisin deputatı Asim Mollazadə yaxın zamanlarda belə bir qarşıdurmanın yenidən alovlana biləcəyini istisna edir:

“Çinin İranı sürətlə silahlandırmasına rəğmən İsraillə növbəti qarşıdurmanın olacağını  düşünmürəm. Bu gözlənilmir. O mənada ki, qarşıdurma yeni fəsadlar yarada, prosesə yeni qüvvələr qoşula bilər”.
Politoloq Zərdüşt Əlizadə isə Tehranla Təl-Əviv arasında yeni qarşıdurmanın olması ehtimalını istisna etmədi:
“Belə bir ehtimal az da olsa var. Çünki müharibənin alovlanmasına rəvac verən səbəblər aradan qaldırılmayıb. İsrail üçün İran əsas maneədir. Onu məhv etmək üçün İsrail iyunda 12 günlük müharibəyə başladı. İndi İsrail yenidən seçim qarşısındadır”.
Rüfət Sultan, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://bizim.media
archiveBu xəbər 31 Oktyabr 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see358

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see251

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see211

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see198

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see194

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see181

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see160

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see159

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see158

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see158

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see156

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see153

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see150

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see146

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see140

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see140

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see139

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri