Icma.az
close
up
RU
Yaxın Şərqdə pozulan hüquq: İsrail İran müharibəsində yaxşı və pis ssenari

Yaxın Şərqdə pozulan hüquq: İsrail İran müharibəsində yaxşı və pis ssenari

Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.

Fərhad Mehdiyev: “ABŞ istəyir ki, İran təslim olub Vaşinqtonla danışıqlarda razılaşanadək hücumlar davam etsin. Ssenari budur və bunu İran da anlayır”

İran və İsrail İsrail hərbçiləri Tehranı nüvə silahı yaratmağa yaxınlaşmaqda ittiham edərək, iyunun 13-nə keçən gecə “Aslan yüksələn” əməliyyatına başladığı vaxtdan bəri bir-birlərinə zərbələr endirir. İran ittihamları rədd edib və “Doğru vəd 3” əməliyyatını elan edib. İsrailin müdafiə naziri İsrael Katz deyib ki, Tehran sakinləri mülki şəxslərə hücumların əvəzini “tezliklə ödəyəcək”.

İyunun 16-na keçən gecə İran dörd ballistik raketlə İsrailə hücum edib. Zərbələr zamanı çoxmərtəbəli yaşayış binalarına ziyan dəyib, 8 nəfər ölüb, 92 nəfər yaralanıb. “The Times of Israel” xəbər verir ki, Bneik Brak və Petah Tikva şəhərlərində iki nəfərin meyiti dağılmış binaların dağıntıları altından çıxarılıb, digər şəhərdə isə daha iki kişi və bir qadın ölüb. “Ynet” isə yazır ki, Hayfada üç nəfər dağıntılar altında cansız tapılıb.

“Magen David Adom” (MDA) tibbi xidmətinin məlumatına görə, xəsarət alan qadınlardan birinin vəziyyəti ağır, digər beşinin vəziyyəti isə orta ağırdır.

İran qeyd edib ki, zərbə İsrailin mərkəzi və şimalına yönəlib. İranın “Tasnim” agentliyinin məlumatına görə, Hayfada hədəflər yanğın baş verən elektrik stansiyası və neft emalı zavodu olub. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, hücum zamanı İsrailin hava hücumundan müdafiə sisteminin işini pozmaq və onu öz hədəflərini vurmağa məcbur etmək üçün yeni üsullardan istifadə edilib.

İran Səhiyyə Nazirliyinin məlumatına görə isə artıq 224 nəfər ölüb, 1481 nəfər yaralanıb. Ölənlər arasında 70 qadın və uşaq da var.

İsrail-İran müharibəsi ilə bağlı Azərbaycan ictimaiyyətində də şiddətli müzakirələr gedir və müzakirə olunan əsas məsələlərdən biri hansı tərəfin günahkar olmasıdır. Bir qrup bildirir ki, ilk İsrail İrana raket zərbələri endirməklə zorakılığa əl atıb və bu, israilin Fələstində törətdiyi soyqırımı siyasətinin eynisidir. Bəziləri isə bildirir ki, İsrail İranın uranı zənginləşdirməsi və nüvə silahı əldə etməsinə yol verməmək üçün hərbi müdaxilədə haqlıdır.

Mövzu ilə bağlı AYNA.AZ-a müsahibəsində beynəlxalq hüquq üzrə ekspert Fərhad Mehdiyev deyib ki, İsrailin hücumu beynəlxalq hüquqa ziddir:

- İsrail belə əsaslandırır ki, preventiv zərbə endirib, amma bu, beynəlxalq hüquqda dəstəklənmir. Ölkə real aqressiyaya məruz qaldıqdan sonra preventiv zərbə, güc tətbiqinə yol verilə bilər. İsrail tətbiq etdiyi hərbi güc hüquqa zidd addımdır. BMT Nizamnaməsinin 51-ci maddəsi İrana müdafiə hüququ tanıyır. Bilirsiniz, məsələyə milli maraqlar baxımından yox, beynəlxalq hüquq baxımdan yanaşmaq istəyiriksə, o zaman İsrail qaydaları pozub.

İndi müharibə başlayıb, qarşılıqlı zərbələr endirilir. Lakin bir də müharibədə tətbiq olunan hüquq var. Məsələn, İranın nüvə alimlərinin öldürülməsi beynəlxalq humanitar hüquqa ziddir. Çünki nüvə alimləri döyüşçü sayılmır, onlara qarşı güc tətbiqi yolverilməzdir. Israil hələ alimləri ailələri ilə birlikdə öldürüb. Yəni ilk zərbəni endirən İsrail beynəlxalq hüququn qaydalarını pozub.

- İran İsrailin bu addımlarından istifadə edərək beynəlxalq hüquq vasitəsilə Təl-Əvivin cəzalandırılmasına nail ola bilərmi?

- İnandırıcı deyil. Aydındır ki, İran İsrail üzərində hərbi qələbə qazana bilməyəcək, bu, mümkün görünmür. Tehranın siyasi qələbə qazanması da böyük ehtimalla mümkün olmayacaq. Başlayan müharibədə yaxşı və pis ssenari var. Yaxşı ssenari odur ki, tərəflər raket mübadiləsini dayandıracaqlar və hansısa danışıqlar, diplomatik mesajlaşmalar başlayacaq. Pis ssenari isə budur ki, müharibə uzanacaq və savaşa başqa ölkələr də qoşulacaq . Məsələn, Pakistan İsrailin hücumunu qınayıb və İslam dünyasını İsrailə qarşı mövqüe tutmağa səsləyib. Eyni zamanda, türkiyə İsrailin hücumunu kəskin şəkildə pisləyib. Müharibə uzun çəksə, İslam ölkələri İsrailə güc tətbiqinə getməsələr də, diplomatik vasitələrlə Təl-Əvivə qarşı çıxacaqlar. Bu isə münasibətlər sistemində gərginliyin artmasına və münaqişənin şiddətlənməsinə gətirib çıxaracaq. Nəticədə İsrail tərəfdarları da məsələyə müdaxilə edəcəklər.   

- Sizcə, hansı ssenari daha realdır?

-Bilirsiniz, mən İranın İsrailə qarşı real nüvə təhlükəsi yaratdığına inanmıram. Çünki İran istəsəydi bu gün İsrailə kimyəvi raket ata bilərdi. Yəni raketə nüvə başlığı yox, radioktiv maddələrdən ibarət başlıq yerləşdirib ata bilərdi. Amma Tehran bunu hələlik etməyib. Halbuki indi İran üçün ən kritik məqamdır.

Böyük ehtimalla tərəflərin raket hücumları davam edəcək. Və məsələ burasındadır ki, böyük ehtimalla bu işin arxasında ABŞ dayanıb, İsrailə hücum etmək icazəsi verilib. Məncə, ABŞ istəyir ki, İran təslim olub Vaşinqtonla danışıqlarda razılaşanadək hücumlar davam etsin. Ssenari budur və bunu İran da anlayır. Demək istəyirəm ki, qarşılıqlı hücumların bir müddət davam etməsi ehtimalı çoxdur. Çünki ABŞ istəmir ki, İran nüvə silahı əldə etsin. Bütün baş verənlər İranın nüvə silahı əldə etməsinin qarşısının alınması üçündür. İndi İran nə qədər dirəniş göstərəcək, bunu sonrakı günlərdə biləcəyik. Hər halda İranın indiki rejimi uranın zənginləşdirilməsi proqramından birdəfəlik imtina etməyəcək.   

- Bəzi proqnozlara görə, İrana hücum, müharibənin baş verməsi kürd dövlətinin yaranması ilə bağlıdır...

- Bu, konspiroloji olsa da, Amerikanın regionda kürd dövləti yaratmaq kimi bir istəyi var. Həm də bu istək yeni deyil, Birinci Dünya müharibəsindən sonranın istəyidir. Vudro Vilsonun planı idi ki, regionda kürd dövləti yaradılsın. Əlbəttə, Amerika bu planı heç də kənara qoymayıb. Biz bunu İraqda, Suriyada görürük. YPG terrorçularını silahlandıran Amerika olub. Bu qrup faktiki olaraq, Amerika silahlarından istifadə edirlər. Türkiyə YPG-ni nə qədər aradan qaldırmağa çalışsa da, təəssüf ki, buna nail ola bilməyib. Ümumiyyətlə, ABŞ və İsrailin planı budur ki, regionda kürd dövləti yaradılsın. Bu dövlətin də İraq, Suriya, Türkiyə və İranın əraziləri hesabına yaradılması nəzərdə tutulub. Bu,Amerikanın istismar siyasətinin tərkib hissəsidir. Ona görə də, İranın vurulmasında məqsədlərdən birinin də kürd dövlətinin yaradılması istiqamətində bir addım olduğu fikri ilə hardasa razılaşmaq olar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://ayna.az
archiveBu xəbər 17 İyun 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see166

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see152

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see148

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see147

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see146

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see146

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see144

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see139

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see139

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see137

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see137

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see134

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see134

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see134

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see133

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri