İsrail İranın yüksək vəzifəli şəxslərinin mühafizəçiləri sayəsində onun hərbi rəhbərlərini və aparıcı alimlərini məhv edə bilib
Oxumeni.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İsrail bu ilin iyun ayında İslam Respublikasının yüksək vəzifəli şəxslərinin mühafizəçiləri sayəsində İranın hərbi rəhbərlərini və aparıcı alimlərini asanlıqla sıradan çıxara bildi. Bu barədə The New York Times xəbər verir.
Qəzetin İsrail və İranın rəsmi nümayəndələrinə istinadən verdiyi məlumata görə, İsrail kəşfiyyatı İran dövlətinin yüksək vəzifəli şəxslərinin mühafizəçilərinin ehtiyatsızlığından istifadə edib. Onlar bir neçə il ərzində ölkənin ali rəhbərliyinin məxfi görüşləri zamanı sosial şəbəkələrdən fəal istifadə edib, özləri ilə mobil telefon aparıblar.
Qəzet misal kimi İran və İsrail arasında müharibənin dördüncü günündə İran Ali Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasını göstərir. Bu görüşdən demək olar ki, heç kimin xəbəri yox idi. Hadisə Tehranın qərb hissəsində 30 metr dərinlikdə olan bunkerdə baş verib. İran prezidenti Məsud Pezeşkian, ədliyyə və kəşfiyyat nazirləri, eləcə də yüksək rütbəli hərbi rəhbərlər də daxil olmaqla rəsmi şəxslər ayrı-ayrı maşınlarda görüşə gəliblər. Onların heç birinin cib telefonu yox idi, çünki İsrail kəşfiyyatının onları izləyə biləcəyini bilirdilər. Lakin görüş başlayandan az sonra İsrail təyyarələri bunkerə 6 bomba ataraq, iki giriş və iki çıxış qapısını hədəfə alıb. Görüşə gələn yüksək vəzifəli şəxslərin heç biri öldürülməyib. Lakin liderlər bunkerdən çıxanda partlayışlarda həlak olan bir neçə mühafizəçinin cəsədini tapdılar.
Əziz MUSTAFA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 01 Sentyabr 2025 14:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















