İsrail Livanda atəşkəsi pozdu
Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.
İsrailin döyüş təyyarələri Livanın cənubundakı Nəbatiyyə əyalətinin Yaron şəhərinə hücumlar həyata keçirib.
Metbuat.az xəbər verir ki, hücum nəticəsində ölən və yaralananların sayı ilə bağlı hələlik açıqlama verilməyib. Xarici KİV-lərdə deyilir ki, İsrail Livanda davam edən atəşkəs razılaşmasını pozmaqda davam edir.
Qeyd edək ki, “Hizbullah”la bağlı irimiqyaslı hərbi əməliyyatlardan sonra İsraillə Livan arasında atəşkəs əldə edib. Razılaşmaya görə, Livan hökuməti “Hizbullah” və ya ölkə ərazisində yerləşən hər hansı digər silahlı qruplaşmanın İsrailə qarşı hər hansı əməliyyat keçirməsinə mane olacaq. İsrail isə mülki obyektlərə, hərbçilərə qurudan, dənizdən və ya havadan heç bir hücum etməyəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 04 Fevral 2025 23:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















