İsrail Livanda içində dörd şübhəlinin olduğu avtomobilə zərbə endirdiyini açıqlayıb
Icma.az, Moderator.az saytına istinadən bildirir.
İsrail Müdafiə Ordusu Livanın cənubunda potensial təhlükə yaradan dörd nəfərin olduğu avtomobilə zərbə endirib.
Moderator.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"Bu yaxınlarda Əl-Əqidə bölgəsində təhlükəsizlik zonasına yaxınlaşan və əsgərlər üçün təhlükə yaradan avtomobildə dörd şübhəli aşkarlanıb. İdentifikasiyadan sonra İsrail Hərbi Hava Qüvvələri təhlükəni aradan qaldırmaq üçün nöqtəvi zərbə endirib", - bəyanatda bildirilib.
"İsrail Müdafiə Ordusu "Hizbullah"ın İsrail mülki vətəndaşlarına və ya əsgərlərinə zərər yetirməsinə imkan verməyəcək və birbaşa təhlükələri aradan qaldırmaq üçün fəaliyyətini davam etdirəcək", - hərbçilər qeyd edib.
Bu mövzuda digər xəbərlər:İsrail ordusu Livanda “Hizbullah“ obyektlərinə zərbələr endirdiyini açıqlayıb
05 Aprel 2026 22:54
İsrail PUA sı Livanda avtomobilə zərbə endirib, ölən var FOTO
24 Oktyabr 2025 13:48
İsrail Livanda “Hizbullah” üzvlərini zərərsizləşdirdiyini açıqlayıb
24 Aprel 2026 21:36
İsrail Livanda 7 şəhərə zərbə endirib
06 Mart 2026 12:10
İsrail Livanda üçüncü Hizbullah terrorçusunu zərərsizləşdirdiyini açıqlayıb
22 May 2025 05:49
Baxış sayı:144
Bu xəbər 06 İyul 2026 20:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















