İsrail may ayında İrana zərbə endirməyi planlaşdırıb
Icma.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İsrail may ayında İranın nüvə obyektlərinə zərbələr endirməyi planlaşdırırdı. Lakin ABŞ Prezidenti Donald Tramp Tel-Əvivin bu fikrini rədd edib.
Missiya.Az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
“Tramp bu qərarı aylarla davam edən daxili müzakirələrdən sonra verib”, - deyə vurğulanıb.
Mənbənin sözlərinə görə, İran danışıqlara hazır olduğundan, hələlik hərbi əməliyyatlardan çəkinmək qərara alınıb.
Qeyd olunub ki, İsrail hücum planı hazırlayıb və 2025-ci ilin mayında İranın nüvə obyektlərinə zərbələr endirməyi planlaşdırıb. Bütün bunların məqsədi Tehranın nüvə silahı yaratmaq qabiliyyətini ən azı bir il geriyə qoymaqdır.
Bildirilib ki, hələlik Tramp hərbi əməliyyatdansa diplomatiyanı seçib.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 17 Aprel 2025 09:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















