İsrail Ordusu Beyruta zərbələr endirdi ANBAAN VİDEO
Icma.az, Bizim media portalına istinadən məlumat verir.
İsrail Müdafiə Ordusu Beyrutun (Livan) cənub ətraflarında "Hizbullah" qruplaşmasının infrastrukturuna yeni aviazərbələr dalğasına başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti məlumat yayıb.
Bildirilib ki, daha əvvəl hərbçilər "Hizbullah"ın kvazibank kimi istifadə etdiyi "Əl-Qard əl-Həsən" assosiasiyasının şöbələrinə zərbələr endirəcəkləri barədə xəbərdarlıq etmişdilər.
Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket hücumları təkcə İsraili deyil, digər region ölkələrini, o cümlədən Azərbaycanı da əhatə edib.
Martın 2-də isə Hizbullah İsrailə qarşı müharibəyə başladığını elan edib. Buna cavab olaraq, İsrail qruplaşmanın mövqelərinə zərbələr endirib və Livanda quru əməliyyatlarına başlayıb.
Bizim.Media
Baxış sayı:102
Bu xəbər 09 Mart 2026 13:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















