“Özümü sübut etmək üçün mənə vaxt verilmədi” Juninyo
Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Qarabağ”ın sabiq hücumçusu, hazırda Meksikanın “Pumas” klubunda çıxış edən Juninyo Braziliyanın “Flamenqo” komandasındakı karyerasından və Azərbaycandan ayrıldıqdan sonra yaşadıqlarından danışıb.
QOL.az xəbər verir ki, braziliyalı futbolçu “365Scores”ə müsahibəsində “Flamenqo”da özünü tam göstərə bilməməsinin səbəblərini açıqlayıb.
Juninyo bildirib ki, Braziliya klubuna keçməzdən əvvəl İspaniyanın “Sevilya” komandasına transfer olunmağa çox yaxın olub:
“Sevilya” ilə hər şey razılaşdırılmışdı, bütün hazırlıqlar görülmüşdü. Hətta çamadanımı da yığmışdım. Sonra zəng edib dedilər ki, transfer baş tutmur. “Sevilya”ya keçməyimə kiçik bir detal mane oldu. Daha sonra “Flamenqo” variantı yarandı və Braziliyaya qayıtdım”.
O, “Flamenqo”ya keçidinin özü və ailəsi üçün böyük arzunun gerçəkləşməsi olduğunu deyib:
“Braziliyaya qayıtmaq barədə düşünmürdüm. Avropanın başqa klublarından da təkliflərim var idi. Amma “Flamenqo” zəng edəndə yox demək mümkün deyil. “Marakana”da oynamaq, ölkəmin ən böyük klubunda çıxış etmək və titullar qazanmaq istəyirdim”.
Juninyo “Flamenqo”da əfsanəvi Qabiqolun əvəzinə transfer edilməsinin də onun üzərində təzyiq yaratdığını etiraf edib: "Klubda hər şeyi qazanmış bir əfsanənin yerini tutmağa gəlmişdim. Bu, əlbəttə, müəyyən təzyiq yaradırdı. Təəssüf ki, özümü sübut etmək üçün kifayət qədər oyun vaxtı almadım. Özümü yaxşı tanıyıram və əminəm ki, mənə bir az da vaxt verilsəydi, bacarığımı göstərə bilərdim”.
Braziliyalı hücumçu “Flamenqo”da keçirdiyi 32 oyunda ümumilikdə 876 dəqiqə meydanda olduğunu xatırladıb:
“Statistikada 30-dan çox oyun görünür, amma dəqiqələri toplasaq, heç 10 tam matç etmir. Buna baxmayaraq, vacib qollar vurdum. Libertadores kubokunda “Taçira”ya, ştat çempionatının finalında isə “Fluminense”yə qarşı fərqləndim. Əlimə düşən imkanlardan maksimum istifadə etməyə çalışdım”.
Juninyo hazırda çıxış etdiyi “Pumas”a keçidinin səbəbini də açıqlayıb:
“Braziliyadan, Avropadan və Səudiyyə Ərəbistanından təkliflərim var idi. Amma “Pumas”ı seçdim, çünki burada uzunmüddətli layihə var. Klubun Meksikada nə qədər böyük olduğunu görmək mümkündür. Zamanla istədiyimiz səviyyəyə çatacağımıza inanıram”.
O, Meksikadakı şəraitə hələ tam uyğunlaşmadığını bildirib:
“Burada dəniz səviyyəsindən 2240 metr yüksəklikdə oynayırıq. Bu, mənə çox çətinlik yaradır. Artıq 11 aya yaxındır buradayam, amma hələ də uyğunlaşma prosesindəyəm. İnanıram ki, zaman keçdikcə daha yaxşı çıxış edəcəyəm”.
Juninyo “Pumas”la Meksika çempionatının 2025/26 mövsümündə finalda uduzmağın onun üçün ağır olduğunu da deyib:
“Bu, mənim üçün ağrılı idi. Çünki “Qarabağ”da və “Flamenqo”da ardıcıl uğurlar qazanmışdım. “Pumas” isə uzun illər idi finala yüksəlmirdi. Öz səhvlərimiz və uğursuzluğumuz səbəbindən uduzduq. Bu, mənim ən böyük məyusluğum oldu”.
Braziliyalı futbolçu ölkəsinə qayıtmaq niyyətində olmadığını da vurğulayıb:
“Açığı, Braziliyaya qayıtmağı düşünmürəm. Orada qazanmalı olduğum titulları qazandım, ölkəmin ən böyük klubunda oynadım. Bu, mənim üçün kifayətdir. Hazırda özümü yenidən Braziliyada oynayan görmürəm”.
Qeyd edək ki, ötən ilin sonunda “Flamenqo”dan “Pumas”a 5 milyon avroya transfer olunan Juninyo Meksika çempionatının Apertura mərhələsində 14 oyuna 8 qol vurub və bombardirlər siyahısında ikinci yerdədir. Onun Meksika klubu ilə müqaviləsi 2028-ci ilin sonuna qədərdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 27 Oktyabr 2026 09:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















