İsrail ordusu əməliyyata BAŞLADI Kəndlər mühasirəyə alındı
Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İsrail ordusunun mexanikləşdirilmiş kolonu təmizləmə əməliyyatı aparmaq üçün Suriyanın Kuneytra əyalətinin cənub rayonlarına daxil olub.
Bakupost.az xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb.
Hərbçilərin zirehli texnika ilə Ayn Zeyvan və Cəbətə əl‑Xaşib istiqamətində irəlilədiyi bildirilir. Axtarışlar zamanı radikal qruplarla əlaqədə şübhəli bilinən bir neçə nəfərin saxlanıldığı qeyd olunur.
Kanalın məlumatına əsasən, əməliyyat aparılan ərazilərdə İsrail qüvvələri bir neçə dəfə xəbərdarlıq atəşi açıb. Hazırda itkilər barədə məlumat verilməyib.
Bundan əvvəl, fevralın 12-də İsrail xüsusi təyinatlı dəstəsinin 15 zirehli texnika ilə Kuneytranın cənubundakı Ufaniyə kəndini mühasirəyə aldığı bildirilib. Axtarış əməliyyatı zamanı 3 suriyalının saxlanıldığı qeyd olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:194
Bu xəbər 13 Fevral 2026 22:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















