İsrail ordusu HƏMAS ın yüksək vəzifəli şəxslərinə sui qəsd etdiyini bildirdi
Icma.az, Turkstan.az saytına istinadən bildirir.
Qətərin paytaxtı Dohada baş verən partlayışlardan sonra İsrail ordusu HƏMAS-ın yüksək rütbəli şəxslərini hava hücumunda öldürdüyünü bildirib.
Turkustan.az xəbər verir ki, Qətərin paytaxtı Dohada partlayış səslərinin eşidildiyi bildirilir.
Amerikanın X şirkətinə aid sosial media platformasındakı görüntülərdə Dohada bir nöqtədən tüstünün qalxdığı görülüb.
İsrail ordusu verdiyi yazılı açıqlamada sui-qəsd cəhdində HƏMAS-ın yüksək rütbəli şəxslərinə hava hücumu təşkil edildiyini bildirib.
Hərbi bəyanatda hücumun harada baş verdiyi ilə bağlı hər hansı təfərrüat verilməyib.
Bu arada İsrailin Kanal 12 televiziyasına danışan adı açıqlanmayan İsrail rəsmisi Dohadakı partlayışların İsrailin hücumu nəticəsində baş verdiyini iddia edib.
Qətər rəsmiləri hələlik hücumla bağlı açıqlama verməyib.
İsrail hökuməti bundan əvvəl də HƏMAS-ın xaricdəki yüksək vəzifəli şəxslərini sui-qəsdlə hədələyib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 09 Sentyabr 2025 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















