İsrail ordusu “Hizbullah”ın üç qərargahına zərbə endirib
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İsrail Müdafiə Qüvvələri (IDF) atəşkəs razılaşmasının pozulması və təhlükəsizlik zonasındakı hərbçilərinə qarşı hücumlara cavab olaraq Livanın cənubunda “Hizbullah”ın üç qərargahına zərbələr endirib.
APA xəbər verir ki, bu barədə IDF məlumat yayıb.
IDF-in açıqlamasına görə, Hərbi Hava Qüvvələri bazar günü gecə Nəbatiyyə və Meyfdun bölgələrində yerləşən üç qərargahı hədəfə alıb.
“Zərbələr terror təşkilatı "Hizbullah"ın təhlükəsizlik zonasında fəaliyyət göstərən qüvvələrimizə qarşı hücumlarını davam etdirməsinə cavab olaraq endirilib”, – ordunun bəyanatında deyilir.
O da qeyd edilib ki, günün əvvəlində “Hizbullah”a məxsus raket buraxılış qurğusuna da zərbə endirilib.
Bu mövzuda digər xəbərlər:İsrail ordusu Hizbullah ın Beyrutdakı qərargahına zərbələr endirib
01 Aprel 2025 09:04
İsrail ordusu “Hizbullah”ın 25 obyektinə zərbə endirib
26 Noyabr 2024 14:46
İsrail ordusu “Hizbullah”ın hərbi obyektlərinə zərbə endirib
05 Sentyabr 2026 12:35
İsrail ordusu “Hizbullah”ın silah anbarına zərbə endirib
26 Sentyabr 2026 21:57
Baxış sayı:164
Bu xəbər 29 İyun 2026 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















