İsrail ordusu Qəzza sakinlərini cənub zolağında bəzi bölgələri təcili tərk etməyə çağırıb
Missiya.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının cənubundakı bir neçə bölgənin sakinlərini Əl-Məvasidəki humanitar zonaya təxliyə etməyə çağırıb.
Missiya.Az xəbər verir ki, bu barədə İDF-nin ərəbdilli sözçüsü Aviçai Adrai bildirib.
“Rəfah, Ən-Nəsr və Əl-Şövka bələdiyyələrində, həmçinin Əl-Salam, Əl-Manara və Qızan Əl-Nəccar bölgələrində yaşayan Qəzza sakinlərinə təcili xəbərdarlıqlarımızı təkrar edirik" - ID-nin sözçüsü qeyd edib.
O sakinləri mümkün qədər tez əraziləri tərk etməyə və HƏMAS-ın köçkünlərə müqavimət göstərmək cəhdlərinə təslim olmamağa çağırıb.
Ötən şənbə günü İsrail ordusu Qəzza zolağının cənubunda təhlükəsizlik zonasını genişləndirmək məqsədi ilə Rəfah bölgəsində quru əməliyyatına başladığını elan edib.
Zərintac Mayisqızı
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 01 Aprel 2025 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















